– türk düşüncə həyatının böyük siması, “torpağı dişləriylə, dırnaqlarıyla qazıyaraq irfanı yerin yeddi qat dərinliyindən çıxaran, səhranın qumlarında qızıl zərrələri arayan” adam, heç hansı “izm”ə bağlanmayıb özünü “təfəkkür atəşi içində əridən” idrak əzabkeşi, ölkəsinin və əsrinin vicdanı, idraklara vurulan zəncirləri qırıb yalanları yox etmək və türk insanını türk insanından ayırmış bütün divarları yıxmaq istəyən bənzərsiz intellektual, mə dəniy yətlərin dərin bilicisi, başlıca işinin “düşünmək və düşündüklərini cəmiyyətin ixtiyarına vermək olduğunu” söyləyən fikir nəhəngi... Sevgidən körpü olmaq istəyirdi. Bəlkə bu üzdən nə uşaq oldu, nə gənc. O, daima yaşlıydı... Ömrünü düşüncəyə həsr elədi. Әlində dəmir əsa, ayağında dəmir çarıq işıq araya‐araya fransız düşüncəsindən hind fəlsəfəsinəcən, rus romanından İran şeirinəcən dolaşdı, hər bir düşüncə adamını da sevgi və sayğıyla salamladı, ən nəhayət, yorğun və məmnun halda öz ölkəsi nin irfanında qərar tutdu... Göz qamaşdıran Qərb mədəniyyətinin əslində bir föhşiyyat və müstəmləkəçilik olduğunu anlamış, işığı Şərqdə görmüşdü...
Dünya kitabxanalarının qapılarını yurdunun insanlarına açmaq istəyirdi. Könlündən beyninin bütün qırışlarınacan ömür boyu kitab aşiqi oldu, kitabın işığında yaşadı. Kitab bütün peyğəm bərlərin möcüzəsidir ‐ dedi, kitabı kainata açılan qapı bildi. Fəqət özü açılmayan bir kitab kimiyidi; küskün və biçarə... Deyirdi, “əlifbanı bilməyən uşaqlara Qulliver oxuduram”. Hər böyük adam, qucağında yaşadığı cəmiyyətin necə “ögey övlad”ıydısa, o da zamanın “bəd övlad” deyib yiyə durmadığı tənha biriydi.
“O qədər tənhaydı ki, qaranlıqdan İblisin əli uzansa, minnətlə sıxardı”. Haydegger “ömrü boyu gözlədi ki, biri gələcək və özü də onunla dərin‐dərin söhbətə başlayacaq. Amma o gəlmədi”. Meriç isə insanlara qəlbinin bağçasından çiçəklər topladı. Və qucağında “çiçəklər qapılarını döydü. Qapılar açılmadı”...
“Düşüncənin göy qurşağını bütün rəngləriylə sevməyi öyrənmiş”di. Könlü gerçək incilər dolu ucsuz‐bucaqsız bir ummandı... İdrakın gücü və imkanının az qala son həddində bir ömür yaşadı. İztirabları sevdiklərinin işinə yaradı. “Viran məbədin qəndillərini narieşq ilə alışdırsınlar” deyə yaratdığı “Bir dünyanın eşiyində”, “Bu ölkə”, “Ümrandan uyqarlığa” və “Mağaradakılar”, “Qırx anbar”, “İşıq Şərqdən gəlir”, “Kültürdən irfana”, “Jurnal”, “Sosioloji qeydlər və konfranslar”… “insanın ayağını yerdən üzüb göylərə qaldıran fırtınalı üslubu”yla türk milli düşüncə tarixinin şah əsər ləridir.
Qələmindən çıxan və türkcənin zirvəsində əbədi qalacaq neçə‐neçə cümləsi düşüncənin ürə yə xoş gələn ağrılarından yoğurulub – bilgidən çatlayacaq qədər doludur və sözlərin gözlə görünməz seçimindən yaranıb aforizmtək səslənir.
Cəlal BӘYDİLİ
Cəmil MERİÇ deyir ki...
Bəlli bir səviyyəyə gələn insan üçün insanlıq bir bütövdür.
* * *
Bir düşüncə nə qədər bizimkinə bənzəmirsə, bizimkini də o qədər tamamlar. Әn böyük dostlarımız bizim kimi düşünməyənlərdir.
* * *
Bizlər ki başları eyni kitablara əyilmiş kimsələrik. Bizdən də daha yaxın əqrəba ola bilərmi?!
* * *
Böyük adamın qədəri büt qırmaqdır... Bu bütlər bir zaman onun da məbudu olub... və bilir ki, yeni bir dünyanın, daha gözəl bir dünyanın yolunu açmaq üçün bu sevimli oyuncaqları sındırmağa məcburdur...
* * *
Bu məmləkət üçün təhlükəli bir tək insan var: düşüncənin təhlükəli olduğunu söyləyən insan...
* * *
Cəmiyyət özünə bənzəməyən bir çocuq doğurduğu zaman onu beşiyindəcə boğmağa qalxar...
* * *
Cəza qanunumuzun ilk vəzifəsi insanın içindən şeytanı qovmaqdı. Şeytanı, yəni Prometeyi.
* * *
Çağdaş düşüncənin ən çox sevdiyi mövzulardan biri Tanrının ölümüdür. Nistşedən Sartra qədər yüzlərlə yazar bizi Tanrının dəfn mərasiminə dəvət nəzakəti göstərdi... Tanrı ölüncə əxlaqi dəyərlərin başdan‐başa dəyişməyi şərtdir.
* * *
Çöldəkilər özlərini ağıllı sansın deyə bir sürü bina tikib içinə bədbəxt adamları doldurmuş və dəlixana adı vermişik o binalara...
* * *
Dinsizlik irticaların ən bağışlanmazıdır. Әn igid ordunu ən miskin sürü halına gətirən vəba.
* * *
Duya bilən insan üçün hər saniyə – ilk doğulandan son can verənəcən bütün varlıqların şərqiləriylə doludur...
* * *
Düşüncə birliyi düşünən insanlar arasında olur. İnsanların neçədən neçəsi düşünür ki?
* * *
Düşüncə dünyasında heç hansı fəth son deyil. Hamımız birər Sizifik…
* * *
Düşüncəyə cazibədarlıq və parlaq bir biçim vermək kiçildir düşüncəni. Böyük yazar içindən gələn səsi olduğu kimi hayqırandır. Kəlmələri işlədərkən avamın xoşuna gəlib gəlməyəcəyini düşünməz.
* * *
Düşünmək ən əvvəl düşünənlərin düşüncələri üzə rin də düşünmək, sonra da onların təsirindən qur tul maqdır…
* * *
Ekzistensializm “Upanişadlar”ı oxuyanların çox dan bəri aşinası olduqları bir aləmdir.
* * *
Elm keçmişlə bağlarımızı qopardığı zaman bizi müqəddəsliklərə bağlayan bütün körpüləri də uçurdu...
* * *
Әdəbiyyatı da Paris yaratdı, inqilabı da...
* * *
Әski tanrıların yerini ideologiyalar aldı... hamısı bir‐biri ilə həmafiyə olan ideologiyalar...
* * *
Faciə ehtirasların insan qəlbindəki çarpışmalarını tərənnüm edər...
* * *
Fəlsəfə, Әflatuna görə, heyrətdən doğar. Ölkələri atının gedə bildiyi yerlərəcən fəth eləyən bir millətin nə ölüm qarşısında metafizik qorxuya qapılmaq, nə də heyrətdə qalmaq imkanı vardı…
* * *
Fikir bəzən qayanı da parçalar.
* * *
Fikir də yaşamaq üçün döyüşməyə məcburdur.
* * *
Günümüzün insanı köklərindən qopmuş bir ağac dır. Həm özünə yad olub, həm təbiətə…
* * *
Hamımıza günahdan pay düşür. Bizi illər boyu uyutdular. Kitablar dəccalı Tanrı göstərdi...
* * *
Heç bir namuslu adam Nəmrudun, ya Fironun yanında ola bilməz.
* * *
Heç zaman başqa iqlimlərdə cücərən düşüncələri bir başqa iqlimdə yetişdirə bilmərik...
* * *
Həqiqətə yetdinmi, daha kitablara ehtiyacın qalmaz... Rahatlıq vəhdət sirrinə yetişənindir...
* * *
Hər aydınlığı yanğın sanıb söndürməyə tələsən zavallı insanlarım, qaranlığa o qədər alışmısınız ki, ulduzlar belə rahatsız edir sizi!..
* * *
Hər cəmiyyət bir kitaba söykənir: Ramayana,.. və ya Quran; Sənin kitabın hansıdır?
* * *
Hər sistem bir Prokrust yatağıdır...
* * *
Hər şey Yaradanın əlindən çıxarkən gözəldir.
* * *
Hər zəfər ən çox da onu haqq etməyən üçün ağır bir yükdür.
* * *
Həyatımızın təməlini təşkil eləyən böyük kəşflər ən çox da ibtidai cəmiyyətlərin əsəridir. Təsadüfən belə olub demək olarmı? Xeyr, təsadüf təkbaşına heç hansı nəticə doğurmaz.
* * *
Himalay qarışla ölçülməz; Himalay yaxından baxanlar üçün bir təpədir.
* * *
Xristianlaşmadıq, amma içimizdə bir orta əsrlər keşişi yaşayır.
* * *
İmansız və idealsız nəsillər törətdik. Marığa yatmış yabançı ideologiyalar sədləri yıxılan irmaqlar kimi yayıldı ölkəyə.
* * *
İnanan bədbəxtliyindən bəhs edirsə, yalan söyləyir. İnanan üçün bədbəxtlik yoxdur.
* * *
İnanc əsalətlidir. Mədəniyyətlər onun əsəridir.
* * *
İnancı və ibadəti tənzimləməyə qalxışan hər qanun azadlığa təcavüz etmiş olur.
* * *
İndi meymunuq... kim olduğundan utanan, tarixindən, dilindən utanan şüursuz bir yığın halına gəldik...
* * *
İnsanlıq Tanrıdan vaz keçdiyi gün kədərindən öldü Tanrı. Onunla bərabər insanlıq da öldü...
* * *
İrfan – düşüncənin bütün qütblərini qucaqlayan bir kəlmədir. İrfan – kamala açılan qapı, əməllə taclanan bir elmdir.
* * *
İrfan əsil‐nəcabətini itirdi. Hafizəyə çaqıl daşı kimi saplanan bilgi qırıntılarına yeni bir ad tapdıq: kültür.
* * *
İzmlər idrakımıza geydirilən dəli köynəkləridir. Etiba r ları mənşələrindən gəlir. Hamısı da avropalı.
* * *
Qamusa uzanan əl namusa uzanmışdır.
* * *
Qaranlıqları devirmək və aydınlıq bir çağın qapılarını açmaq üçün ən mükəmməl silah – Qələm.
* * *
Qəlbi var kitabların... Qəhrini çəkəcəksən kitabın, xidmətində dayanacaqsan.
* * *
Qərbin təhtəlşüurunda Şərq səlib yürüşlərinin xatirəsini daşıyır.
* * *
Qitələri ipək qumaş kimi kəsib biçərdik. Kəllələr damlardı qılınclarımızdan. Bir biz vardıq cahanda, bir də kafirlər…
* * *
Məfkurə naminə dara çəkilmək ölümlərin ən gözəlidir.
* * *
Mən bütpərəst deyiləm, kitablara tapınmıram; içə ri sindəki səsdir, içərisindəki işıqdır, içəri sindəki ruh, içəri sindəki çilə, içəri sindəki göz yaşı, içəri sindəki Tanrıdır məni çəkir…
* * *
Mən işıq arayan, aydınlanmaq və aydın latmaq istəyən bir insanam.
* * *
Mənfəət danışmağa başlayan andaca vicdan susar.
* * *
Nisşe haqlıdır. Qanla yazılan yazılar yaşayır.
* * *
Nisşe “Zərdüşt”ü baqqal şəyirdləri üçün yazmadı.
* * *
Oxucunun başını cinsi böhranları ilə qatmağa heç kimsənin haqqı yoxdur.
* * *
Öz həqiqətlərimizi öz sözlərimizlə anlayıb anlatmaq hər bir namuslu yazıçının vicdan borcudur.
* * *
Sevə bilmədik, çünki anlaya bilmirdik. İnsan anla madığını necə sevə bilər?!.
* * *
Səhifələrində bütöv bir millətin nəbzi vurmayan dastan sabahlara səslənə bilməz...
* * *
Sfinks həyatın elə özüdür. Hər addımda boğazına sarılıb suallarına cavab gözləyir.
* * *
Sürünün tarixi yoxdu... Sürüdən ayrılanı qurd yeyərmiş... Sürünün önünə keçmək sürüdən ayrılmaqdırmı?.. Aradakı məsafə çoxalanda bəli...
* * *
Sürüyə qoşulmaq həqiqəti axtarmaqdan vaz keçməkdir.
* * *
Şüşə qızıldan daha əsalətlidir. İsrail pey ğəm bər lə rin dən üzü bəri lənətlənmiş bir mədəndi qızıl. Adı tari xin bütün cinayətlərinə qarışıb. Laxtalanmış qan dı, insan qanı. Şüşə gözəldi, çünki qəlbi var – qı rı lır…
* * *
Tanrı gözəldir, gözəllikdir, fəzilətdir,.. kamaldır.
* * *
Tanrı idrakolunmazdır. Ağlın vəzifəsi Tanrının id rak oluna bilməyəcəyini idrak eləməkdir.
* * *
Tarix qaliblərin yazdığı bir kitabdır.
* * *
Tarixindən qopmuş olan bir ölkə hər cürə macəra ya sürüklənə bilir.
* * *
Televiziya şüuru axtalanmış sərsəri, heç vaxt oxumaq və düşünmək alışqanlığı qazanmamış küçə adamı üçün icad edilən bir növ tiryəkdir.
* * *
Təsadüfilik yoxdur kainatda. Hər addımımız gələcək həyatımızın qədərini cızmaqdadır...
* * *
Upanişad: “Tanrısan” deyir insana. Freyd: “İtsən” deyir. Hansı haqlı?
* * *
...Və Tanrı saysız elçi yolladı insanlara. Məbədlər hər dövrdə boş qaldı.
* * *
Yaşamaq düşünməkdir...
* * *
Zərdüştdən bəri hansı müəmmanı aça bildik ki?
* * *
Zindanda söylənən şərqi ölüm qoxar, zəncir qoxar, kif qoxar...
* * *
Zındıq olun, dindar olun, amma düşünün; insanı öldürən xərçəng laqeydlikdir.
* * *
Ziyalı öz beynilə düşünən, öz könlüylə hiss edən kəsdir...
* * *
Ziyalı yanaraq da ziyaya qərq edə bilər, amma ul duza dönəcəyini bilsə yanar; bir qab suyla sön dürülə bilən yanğın olmaq hüzn verir.