“Azərbaycan” jurnalının növbəti – onuncu nömrəsi oxucularına dramaturq Əli Əmirlinin avtobioqrafik səciyyəli “Ağdamda nəyim qaldı” romanını təqdim edir.
Poeziya sevərlərin Firuzə Məmmədli yaradıcılığından yeni nümunələrlə tanışlığına maraqlı təqdimat bələdçilik edir edir:
Yerini bilməyənlər
özünü başda görür .
Vaqif Nəsibin “Üç hekayət romanı” kimi düşündüyü yeni əsərinin dərcinə də bu nömrədən başlanılb.
Qəşəm Nəcəfzadə poetik ovqatını oxucuları ilə bölüşür.
“Azərbaycan” jurnalı uzun illər ədəbiyyatlar arasında etibarlı bələdçi olmuş Səyavuş Məmmədzadənin 80 yaşını şair – tərcüməçinin Konstantin Simonovdan etdiyi tərcüməsi və yazıçı Məmməd Orucun qələmə aldığı portret – cizgi ilə təbrik edir.
Bunlar hələ hamısı deyil, maraqlı, rəngarəng yazılarla, adlarla tanışlıqdan məmnun qalacaqsınız
Jurnalın 10-cu nömrəsini qəzet – jurnal köşklərindən, Azərbaycan Yazıçılar Birliyinin “Bayatı” kitab mağazasından ala bilərsiniz. Jurnalın ünvanlara abunə yolu ilə çatdırılması ilboyu davam edir.