2017-10-09
Türk dünyası
Beytullah AVCI
Türkiyə
Axan bir külək kimi ötən bu illərimiz
Neçə xatirəni saxlayır bu öz köksündə
Tökülən bir yarpaq kimi bu ümidlərimiz
Neçə istirabı saxlayır bu öz çiynində
İndi gör ağarıb bir bir bu saç və saqqalım
Məni heç vaxt yalnız qoymayıb bu derin axım
Səninlə birgə anılır qocalıqda adım
Artıq düşmənimdi mənim o köhnə şəkillər
Kök saldı əkdiyim o kiçik kiçik fidanlar
Bəlkə indi biz boylarda olardı uşaqlar
Bəhanələr axtardı səninlə gedən yollar
Xəzərdədir səninçün yazdığım o ağılar