Günəşin parlaq işıqları otağın pəncərəsindən içəriyə, düz onun gözlərinə düşürdü. Saatın zəngi onu oyanmağa məcbur etdi. Gecəni yanında yatmış qızının üzünə bir neçə dəqiqə baxdı.
Güzgüdə hər səhər gördüyü əksi ilə nədənsə bu gün danışmaq istəyirdi: “Deyirlər, zaman deyə bir şey yoxdur, onu yaradan saatlardır. Biz də bu saatların içərisində itirik, unuduluruq”.
Üzündəki qırışlar, saçlarındakı dən onun artıq qocaldığından xəbər verirdi. Ətrafı bir az təmizlədikdən sonra qızının yanına gəldi və uzun saçlarına sığal çəkərək onu yuxudan oyatdı. Sevinc gözlərini ovaraq atasına baxdı. Anası onu atıb gedəndə hələ 2 yaşında idi. Ana sevgisindən, qayğısından bixəbər körpə ata qayğısı ilə bö yüyürdü.
Sevinc yataqdan ayağa qalxıb əl-üzünü yudu. Sonra səhər yeməyini yedi və saçlarını daraması üçün darağı atasına verdi. Həmişəki kimi atası Sevincin saçlarını darayıb hörmək istədi.
– Ata! Mən də başqa uşaqlar kimi saçımı iki tərəfli yığmağını istəyirəm, amma sən ya əyri, ya da çox səliqəsiz yığırsan.
Ata qızın saçlarınıyenidən yığmaq üçün daradı. Yenədəsəliqəsiz oldu. Atasının pis olduğunu gördükdə, “Ata, bu lap yaxşıdır. Mən bunu bəyəndim”, – dedi.
Sevincin paltarıhəmişələkəli, ütülənməmiş olardı. Bir gün müəllim onu beləgəldiyi üçün anlamışdı. O, sakitcəmüəlliməyaxınlaşaraq demişdi: “Bağışlayın, müəllim, mənim anam yoxdur. Atam isəpaltar yumağı, ütüləməyi bacarmır. Sizdən xahişedirəm bunu atama deməyin.
O, elədüşünür ki, hər bir işin öhdəsindən gəlir”. Müəllim həmin gündən sonra Sevinclədaha çox məşğul olmuşdu. Daim onunla maraqlanır, dərslərindəona kömək edirdi.
* * *
Payız fəsli, deyirlər, başqa fəsillərdən daha gözəl olur. Bəlkədə, yarpaqların ağacdan tökülməsi, təbiətin rəngini dəyişərək saralması, güllərin başınıaşağıəyərək solmasıinsan həyatında baş verən müəyyən proseslərəbənzəyir.
Havanın yağışlıolmasına baxmayaraq, atası Sevincin dərslərinin bitməsini, məktəbdən çıxmasınıgözləyirdi. Zəng vuruldu vəuşaqlar məktəbin həyətinəçıxdılar. Ata islanmış, bəzi yerləri sökülmüşgödəkcəsini qızının başıüstündə tutaraq evəapardı.
Dünyanıhələdərk etməyən qızının gözlərində bir sevinc, ümid hissi daim vardı. Sevinc üçün necəgeyinmək, hansıoyuncaqların olması, necə yaşamağıönəmli deyildi. Onun istəyi atasının yanında olmaqdı.
– Ata, bilirsən, bu gün məktəbdəmüəllim məni təriflədi.
– Afərin, qızım!
– Vəmənədedi ki, sən gələcəyin ən gözəl müəllimi olacaqsan. Ancaq mən həkim olmaq istəyirəm.
– Gözəl qızım, heç vaxt kiminsəsənin düşüncələrinəmüdaxiləedib, onu dəyişdirməsinə icazəvermə. İndi gəl, yeməyini ye.
* * *
Gecələri qızcığaz atasıyatdıqdan sonra xəyallara dalar vəhəmişənədənsəqorxardı. Onun qorxusu atasından idi. Düşünürdü ki, bir gün anasıkimi, atasıda onu atıb gedəcək.
Yeni bir gün başladıvənədənsə, bu gün ata qızınısübh tezdən oyadıb məktəbəapardı.
– Qızım, sən burda müəllimini gözlə!
– Ata, nəüçün tez gəldik?
– Mən bu gün işətez getməliyəm.
Qızının yanağından öpərək oradan ayrıldı. Əslindəişəgecikmirdi. İki gün əvvəl onu iş yerindən çıxarmışdılar. Hər tərəfdəişaxtaracaqdı.
İri addımlarla irəliləyir vəbir zamanlar indi yanından keçdiyi restoranlarda dostlarıiləyeyibiçdiyini, birlikdəyaxşıgünlər keçirdiyini xatırlayırdı. Cibindəqalan son qəpikləri dəsiqaretə xərcləyirdi.
Hava getdikcəqaralır vəətrafda maşınların, piyadaların səsi azalırdı. Sevinc həmişəolduğu kimi atasının bayırda onu gözlədiyini düşündü.
Ancaq heç kim yoxdu. Bir küncdədayanaraq atasının gəlməyini gözlədi. Yağışyağdıvəonun balaca əlləri, ayaqları soyuqdan üşüməyəbaşladı. Zəif bədəni titrəyirdi. Yəqin, atasıonu evdəgözləyirdi deyəevəgetməyi qərara aldı. Qapınıaçdıvəotağa daxil oldu. Qaranlıq qapının yanında atasınıgözləməyəbaşladı. Qəlbindəqorxu, gözlərindəyaşatasının evə dönəcəyi ümidi iləgözlədi. Atasısiqareti yandıraraq çatlamışdodaqlarına tərəf apardı. O çəkirdi, göz yaşlarınıqurutmaq üçün. O çəkirdi bəlkə, yatmıştaleyi tüstüdən oyana.
Öz sakinlərini bəzən aclıqdan, bəzən də dənizindəboğaraq öldürən Bakı, yəqin, sən də etdiklərin üçün indi kədərlənirsən. Şəhər gözlərini yumdu vəhər tərəfəqaranlıq çökdü. Ata gözlərindəmin bir qəmləevəgeri döndü vəqapının qarşısında saatlarla onu gözləyən, axırda yorğun düşən qızınıgördü. Onu qucağına alaraq yatağa apardı. Səhər Sevinc gözlərini açanda atasınıgördü. Nəedəcəyini bilməyən qız ağlamağa başladı.
– Ata, məni atıb getdiyini düşündüm.
– Ağlama, qızım, işdən çıxa bilmədiyim üçün gələbilmədim. Mən səni tərk etmərəm.
Bir neçəgün işaxtarsa da, tapa bilmədi. İşıq, su borcu olduğu üçün evəişıq vəsuyun verilməsi dayandırıldı. Nəyeməyəbir parça çörək var, nə dəyaşamağa bir ümid.
Axşam qızının saçlarınıdaradı, sonra mətbəxə getdi vəyenidən qızının yanına gəlib uzandı.
– Ata, evdəpis bir qoxu var.
– Heç nəolmaz, qızım. Sən yat, sabah hər şey dəyişiləcək.
– Sabah kukla teatrıolacaq. Biz dəgedə bilərik? Bilet bir manatdır.
– Yaxşı. Gedərik.
Səhər açıldı. Atasının dediyi kimi oldu. Hər şey dəyişildi. Ev yiyəsi səhər qapınıdöydü. Ancaq heç kim ona cavab vermədi. Qapının altından ətrafa qaz iyi yayılırdı. Qonşularla birlikdəqapını qırıb açdılar. Gördükləri ilk şey ata vəqızının cansız bədəni oldu. “Ata vəqızıdəm qazından zəhərlənərək öldü” başlığıxəbərlərdə, qəzet səhifələrindəinternet saytlarında bir-iki dəqiqə danışıldıvəunuduldu. Orada ölənin taleyini isə heç kim bilmədi.