RUH HAMİLƏQALMASA...
Qalaqlanan duyğular
düşər ruhun bətninə.
Ruh bədəni çalxalar,
dar nəfəsdə boğulmaz.
Sarar ruhu ağrılar,
fikirlər əzab çəkər.
Ruh hamilə qalmasa,
yeni şeir doğulmaz.
BU SABAH
Ölümdən dönmüş
kimiyəm bu sabah,
bu sabah gecə
savaşından qalib çıxdım,
bu sabah həyata
yeni mən gəldi.
Sildim yaddaşımı,
hafizəmi təzələdim,
unutdum ayrılıqları,
unutdum həsrəti, hicranı,
unutdum sənsizliyimə
yas tutan axşamları.
Ölümdən dönmüş kimiyəm
bu sabah...
AYRILIĞINLA
Qoltuq ağaclarına söykənən
əlilin ümidləri kimidi ümidlərim.
Hərdən ölür, hərdən:
“bir gün mütləq yeriyəcəm” – deyir,
yanır gözlərimdə bir ulduz,
ürəyimdə bir qığılcım alışır,
alışıram həyata...
Sən qoltuq ağaclarının
verdiyi əzab kimi
ürəyimdə qövr edən
yaranın üstünə basırsan
ayrılığınla...
AYRILIQ BOYLANIR
Ayrılıq adına əsir küləklər,
bu yaz havasdnda
bu nə soyuqluq?
Burda hər şey
ayrılıq şəklində,
ayrılıq dadında
bütün yeməklər...
Titrəşən yarpaqlar
ayrılıq havasına
rəqs edir...
ayrılıq ətri
saçdr çiçəklər,
günün şüasından
ayrılıq yağdr,
şəhər
ayrıılığa boyandr.
SƏNSİZLƏMİŞƏM
Getdiyin yollardn uzaqlığı qədər
çəkilir ürəyim.
Ürəyim çəkildiyi qədər darıxıram.
Darıxıdığım qədər ölürəm...
Həsrətim qədər uzandr əllərim
getdiyin yollardn sən olan yerinə.
Baxışlarım əllərimin izində
çəkir yolları özünə sarı...
Sənsizlik qədər xəstələnmişəm,
sənsizlik qədər ağrıyır canım.
Sənsizləmişəm...
GÜLÜŞÜNÜ GƏTİRDİN
Bu qərib axşamdn səssizliyinə,
hardansa gülüşün axıb töküldü...
Evim işıqlandı,
qaranlıqların beli büküldü,
könlümün qaş-qabağı açıldı,
ruhum qara paltarını soyundu.
Gülüşünün rəqsinə oynadı
dodaqlarım,
Çöhrəmdə dövrə vurdu
bir topa təbəssüm...
Xəyalını çağırmamışdım,
eləcə səni düşünmüşdüm,
xatirələrə cığır açmışdım,
axşamın səssizliyindən
üşənmişdim,
gülüşünü göndərdin...
XƏYAL APARIB MƏNİ
Bu yağışı götürüb
dənizə gedəsiydim,
çağırasıydım səni
bərabər islanmağa.
Atasıydım yağışı
dənizin qollarına,
qatasıydım ruhumu
qarışıq sularına.
Soruşasıydım səndən:
“dənizi sevirsənmi,
Yağışı sevirsənmi,
mən coşqulu dənizəm,
yağışlarda ruhum var
onu da bilirsənmi?”
Sahili qucaqlayıb
nəmindən öpəsiydim,
sonra baxışlarıma
yığasıydım dənizi,
dinəsiydi duyğular,
mən sözə dönəsiydim,
pıçdltım dodağımdan
qopasıydı dəlicə,
yağış, dəniz, sahil, mən
“sevirəm” deyəsiydik...
Xəyal apardb məni,
yerdən qoparıb məni...
Gün gözümə dolanda
qayıtdım xəyallardan,
gördüm yanımda yoxsan,
yağış da çoxdan kəsib...
ƏLLƏRİMİ TANRIYA BORC VERMİŞƏM
Sənə nə könlümə yağan yağışdan,
ruhunu, könlünü buz tutan adam.
Çəkmə izlərimi, çəkmə yoxuşdan,
şeytanın evinə üz tutan adam.
Mənim ruhum başqa, düşüncəm başqa,
quşun dimdiyində yem sevinciyəm.
Könlümə dost olur bəzən qarışqa,
kimdi bu qəribdən küsüb-inciyən?
Əbəsdir tənimə yetişmək cəhdin,
məni dağ doğurub, səni dərələr.
Sənin savab ilə ötüşmək cəhdin
xülyadı, önünə iman sərələr.
Çək uzağa duasız əllərini,
mən göylərdən duaları dərmişəm.
Savab yazsın deyə əməllərimi,
əllərimi Tanrıya borc vermişəm.
Vicdan qamçılaydb atını, səndən
çox-çox uzaqlarda dincini alır.
Insaf da, mürvət də dolanır gendən,
boğaza çəkməyə ülgücün qalır.