... iki yaddaşın arasında nə edəcəyini bilmirdi. Əlif kişi payızda sümüklərini şaqqıldada- şaqqıldada evdən həyətə çıxar, köhnə kötüklərdən birinin üstündə oturub özünü guya günə verərdi. Belə vaxtlarda hardansa bir durna qatarı qaqqıldaşaqaqqıldaşa kəndin, həm də elə payızın üstündən ötüb keçərdi. Əlif kişi başını qaldırıb pıçılğanlı gözləriylə göydə durna qatarını axtarar, koruş gözləri qara kölgələrdən başqa bir şey seçməzdi. Dişsiz ağzını marçıldadıb “Allahın altında dönüb durna olaydım. Qoşulaydım bu qatara, gedəydim dünyanın axırına. Ax, ax...” – deyib uzun-uzadı ah çəkərdi. Bu sözləri hər payız deyərdi, papağını fır lat - mamış payız özünü yetirərdi. Bu dəfə də payız qapının ağzını kəsdirib alabəzək qanadını kəndin üstünə sərmişdi. Əlif kişi kötüyün üstündə oturub cani-dildən, ürəyinin lap dərinliyində insanlıqdan üz döndərib durna olmaq istəyirdi. Çox istəyirdi, lap çox istəyirdi eyyy.... Bu dəfə möcüzə baş verdi, əvvəl ruhu titrədi, yer-göy birləşdi, qoca, heysiz bədəni qayış kimi bərkidi, uzunboyun, uzunayaq, uzundimdik ağbaş durnaya çevrildi. Bircə yaddaşı özündə qaldı, üstünə bir az da durna yaddaşı artırıldı. Kötüyə söykəli əl ağacı sürüşüb yerə düşəndə başı dən yeməyə qarışmış toyuq-cücə həyətdəki yad quşu görüb səs-səsə verdi.... Yaddaşını küləklər daradıqca çox- çox uzaqlarda sümüyü sürmə olmuş anasının həzin laylasını eşidirdi... Əlif kişinin gəlini Firəngiz həyətə çıxıb nə baş verdiyini öyrənmək istədi. Kötüyün üstündəki durnanı görəndə elə pilləkənlərdəcə əlini ağzına aparıb qıyya çəkdi: - Boooyyy, bu durna hardan gəlib? – dedi. Arvadının səsi evdə mürgü döyən ərini diksindirdi. Nəcəf arvadının keçmiş-keçəcəyini söyə-söyə eşiyə çıxdı. - Az, noolub, ay naxırçı Güləhmədin qızı, dünyamı dağılıb? - Ə, noolajaq, durniyə, bax, durniyə. Dimdiyinin uzunluğuna bax, ayaxlarına bax, dədənin evi yıxılsın, durna yeyəsi. Nəcəfin gözləri çalağan ov görən kimi parıldadı. Pıçıltıyla: Az, səs salma, ürkütmə - deyib dalı-dalı evə keçdi. Yan otağın pəncərəsini açıb eşiyə çıx dı, odunluğa gedib oduncaqların arasından əlinə keçəni götürüb ehtiyatla durnaya yaxınlaşırdı ki, nəvəsi Nəriman hardansa peyda olub quşun qənşərində dim-dik dayandı. Uşaq durnaya maraqla baxıb: - Nətəhər də babama oxşayır, - deməyi ilə Nəcəfin salvanı qolazlamağı bir oldu. Salva durnanın başının üstündən vıyıltıyla keçib qızılgül koluna ilişdi. Durna diksinib qanadlarını çaldı, göz qırpı - mın da göyə qalxdı. Nəcəf durnanın dalınca gücü gəldikcə bağırıb, yağlı bir söyüş söydü. Nəvəsi gözlərini qıyıb mırıq dişlərinin arasından: - Getdi – dedi. Firəngiz əlini-əlinə vurub: Yediyiz!!! – deyib şaqqanaq çəkdi: Nəcəf donquldana-donquldana evə keçdi, Nəriman gördüklərinin üstünə beşini də qoyub danışmaq üçün qonşugilə yüyürdü. Qısa payız günü dağın dalına keçib itdi, ax - şam düşdü. Evin külfəti malı-qoyunu, toyuqcücəni, iti-pişiyi rahatlayandan sonra evə yığışdı. Əlif kişinin yoxluğu da onda üzə çıxdı. Əlif kişinin taxtın üstündəki bomboş yeri, söykəndiyi ipək mütəkkəsi, kəhrəba təsbehi, yay-qış üstündən düşməyən dama-dama şalı elektrik işığında birtəhər göründü. Birdən-birə hamı narahat oldu, Firəngizin rəngi qaçdı. Günahkarcasına: - Hara getmiş olar bu kişi? – deyib çiyinlərini çəkdi. Nəcəf gözünü oğlunun, gəlininin, sonda nəvəsinin üzündə gəzdirib dilxor-dilxor: - Düzünü deyin, bəlkə, kimsə kişinin xətrinə dəyib? – deyə səsini qaldırdı. Evdəkilərin ağızlarına su alıb durmaları onu təbdən çıxardı. - O boyda kişi iynə olub yoxa çıxmadı ki?! Firəngiz kəkələdi. Nəriman həyətə qaçdı, bir azdan Əlif kişinin əl ağacı ilə qayıdanda kişinin başında qəzavü-qədər olduğuna hamı inandı... ...Əlif kişi iynə olmamışdı, amma quş olub göyə uçmuşdu. Göylərin genişliyi, rahatlığı, azadlığı ağlını başından almışdı. Qocalıqdan canı qurtarmış, işıqsız gözlərinə haradansa işıq axmış, nəfəsinin yeri genəlmiş, ayaqları, qolları quş kimi yün gül - ləşmişdi. Uzun qanadları enib-qalxdıqca, ürəyində “İlahi, kərəminə şükür, bəxtimdə durna olmaq da varmış” – deyib Yaradandan dualarını əsirgəmirdi. Göylərdə süzdükcə ovuc boyda kənddə Aylıq ədəbiyyat dərgisi doğulub, yaşayıb, ölməyin necə kasad olduğunu düşünürdü. Pambıq tayaları kimi yumşaq buludlara baş vurduqca lələkləri dincəlir, tər-təmiz havanı ciyərlərinə çəkdikcə yaşamaq, yaşamaq istəyirdi. Yuxarıdan yer üzü ovuc içi kimi aydın görünürdü. Göllər güzgüyə, çaylar mavi rəngli lentə, dağlar yumru qayalara bənzəyirdi. Hansısa hiss, hansısa yaddaşı onu elə hey səsləyirdi. Əlif kişi nə qədər uçduğunu, nə qədər qanad çaldığını xatırlamır. Bircə onu xatırlayır ki, ay işığında ağ-qara səslər eşidib yerə endi. Çayın kənarında köç salmış durna ailəsinə yaxınlaşdı. Onun gəlişi köçə qarışıqlıq saldı. Durnalar ona ögey, yad gözlə baxdı, durnabaşı açıqdanaçığa üstünə yeriyib dimdiyi ilə onu qovmağa çalışdı. Əlif kişi bir ayağı üstə dayanıb dəstəsindən ayrı düşmüş qərib durna kimi davrandı. Durna köçü dalğalandı, durnalar pıçıldaşdı, deyəsən, nəşələrini pozmaq istəməyib Ağbaş durnanı başına buraxdılar. Əlif kişi çaya enib göz yaşı kimi dupduru, aydın suda yuyunub-darandı, çayın qırağındakı körpə otlardan,qum dənələrindən çinədanına atıb, sal daşın üstünə qonub mürgü döydü. Sən demə, durnalar da yuxu görürmüş. Əlif kişi durna yuxusunda gördü ki, müdrik bir durna qanadının ucuyla torpağın üstündə xətt çəkib durnalardan soruşdu: - Kim deyər, xəttin o üzündə nə var? Durnalardan biri: Xəttin o üzündə torpaq var. Bu cavab müdrik durnanı qane etmədi. Başqa bir durna: - Xəttin o üzündə yadlıq var. Ora sərhədin o üzüdür, ora mənə yaddır, ora təhlükəli yerdi, – dedi. Müdrik durna razılıqla başını tərpətdi. Sonra müdrik durna həmcinslərinə son tövsiyəsini verdi: - Yaddaşınıza yazın, durna üç iqlim, üç sərhəd keçə bilər. Dördüncü sərhədi keçən geri dön - məyəcək. Sonra durnalar yox oldu, Əlif kişiyə bərkbərk tapşırıldı ki, keçmişini yaddaşından silib atsın, durna olduğunu unutmasın. Əlif kişinin yuxusunu durnaların səsi qırdı. Durnabaşı uçub Əlif kişinin daşına qondu, onu dimdiklədi, gözlərinin içinə baxdı, dəstəsindən ayrı düşmüş durnaya nədənsə qanı qaynamadı, ağbaş durnaya inanmadı. Bunu Əlif kişi də duydu, amma neyləyə bilərdi. Dünyanı görmək, ölkələrin üstündən keçmək üçün nələrdən keçməmişdi? Durnabaşı sonda Ağbaş durnaya dəstəsinin sonunda yer verdi. Əlif kişi sevindiyindən rəqs etdi, durna rəqsi... Ağ işığını yer üzündən çəkəndə dəstə havaya qalxdı... Uçuş zolağında Əlif kişinin insan yaddaşıyla durna yaddaşı toqquşdu. İnsan yaddaşı onu keçmişə, durna yaddaşı gələcəyə səsləyirdi. Bu qarışıq hisslər ona dinclik vermir, iki yaddaşın arasında nə edəcəyini bilmirdi. Gün yarı olanda Durnabaşı sərt əmrini eşitdi. Bir azdan sərhədi keçəcəyik. Sərhədi keçəndə yaddaşımız itəcək, köhnə yaddaşımız silinəcək, yeni yaddaş, yeni yol başlayacaq. Bu sirri bircə durnalar bilir. Hazırlaşın, bir azdan keçmiş bütün sevinci, kədəri ilə heç olmamış kimi unudulacaq. Sərhədi keçən kimi yeni yaddaş yazılacaq. Əlif kişi eşitdiklərinə mat qalmışdı. O, keçmişi unutmaq istəmirdi, keçmiş onun içində ürək kimi döyünürdü. Sərhəd həmişə incə bir duyğu kimi qəlbini titrətmişdi. İndi günəşli havaya, dadlı otlara, giləmeyvələrə görə yaddaşından keçəcək? Kəndini, evini, ona doğma olan nə varsa hamısının üstündən xətt çəkəcək? İnsan yaddaşını durna yaddaşına təslim edəcək? Əlif kişi ağ zolaqda - sərhədin sərhədində dayandı. Bütün qəlbi titrəyirdi, bütün vücudu əsirdi, keçmişindən qaçmaq, keçmişindən ayrılmaq, keçmişini unutmaq ona ağır gəlirdi. Dəstə sərhəddən keçirdi, dəstə yaddaşını itirirdi, Əlif kişi öz sərhəddini keçsə də, Vətənin sərhədini keçə bilmədi. Yaddaşları silinən durnaların arxasınca uzun-uzadı, qanadları yorulanacan baxıb geri döndü. Uçduğu yollar, keçdiyi sular, toxunduğu buludlar, dincəldiyi, nəfəsini dərdiyi torpaqlar ona nəğmə deyirdi. Əlif kişinin insan yaddaşını küləklər daradıqca çox-çox uzaqlardan sümüyü sürmə olmuş anasının həzin laylasını eşidir, göz açdığı kənd, gəzdiyi torpaq, yaşadığı vaxt onun yolunu gözləyirdi. Günlərlə uçub öz yurduna yağışlı, küləkli bir gündə qayıtdı. Əlif kişinin yoxa çıxmasından üç gün keçirdi.Yağışın altında evlər hüznlü, kədərli Aylıq ədəbiyyat dərgisi görünürdü. Əlif kişi uzun yoldan sonra ürəyi döyünə-döyünə köhnə kötüyün üstünə qondu. Möcüzə baş vermədi, Əlif kişi dönüb adam olmadı. Səhərəcən köhnə kötüyün üstündə büzüşüb, bir ayağını götürüb, o biri ayağını qoydu. Səhəri gün ev sahibləri dəstəsindən ayrı düşmüş durnanı kötüyün üstündə görəndə çaşıb qaldılar. Üzünü tük basmış Nəcəf durnaya doğması kimi baxdı, Firəngiz qərib durnanı görüb ağlamsındı, Hikmət babasına oxşatdığı durnanın boynuna sarılmaq istədi. Əlif kişi əzizlərinin ürəyindən keçənləri anladı, kötüyün üstündən yerə enib dən yeyən toyuqcücəyə qarışdı. Nəcəf: - Ona toxunmayın, madam ki, bu qapıya pənah gətirib, qoyun kefi istədiyi qədər burda yaşasın, - dedi. Bir vaxtlar sahibi olduğu həyətdə durna kimi yaşamaq çətin olsa da, Durna Adam hər şeyə razı idi, təki keçmiş xatirələrinin həzinliyi, yaşadığı illərin ətri, yaddaşının sərhədləri pozulmasın. Əlif kişi hər payız köhnə kötüyün üstünə çıxıb köç edən durnalara baxır, adam olacağı günü gözləyirdi...