BİR PORTRET
Kəlmələr arasında bir sərhəd var –
O sərhədin bir ucunda
Keçməsi yasaqlanan bir vətənsiz.
Bax, o kəlmələrin xəlvəti yeri şairdir.
AĞ KƏPƏNƏK
Bax –
O abdal dənizin üstündə
Ağlın xəyalatı,
Bir kəpənək uçur.
Amma bu dünyanın kitabları
Hələ də qapalı durur.
RUH
Bir böcəkdim,
Güvəydim,
Mavi bir kəpənəkdim.
Harda işıq görsəm, ora koşardım.
Öləndən sonra
Yenidən doğuldum, yenidən dibim çıxdı,
Körpəydim –
Və bütün gecə uyumadan ağlayan
dalğaydım
O zaman sən və məndim.
GERİYƏ BURAXDIĞIM ŞEİR
Mümkün olarsa,
körpə kimi yenidən doğulmaq istərəm
anamın bətnindən
bir daha,
mümkünsə,
həyata təkbaşına yenidən başlamaq
istərəm.
Özündən sonrakı dalğa səslərini
Dinləməlidir
insan,
vaz keçməməlidir getməkdə olduğu
bu yoldan.
İpdəki camaşır kimi yellənir
indiyə qədər dolaşan zaman parçası
orda-burda.
Kasıbdım, göz yaşım belə yoxdu.
Bir gecə
sönməyə başlamış sobada
öncə üşüyən kürəyimi isitdim,
sonra boş qəlbimi.
Başqa bir gecə
qaranlıqlar içində tir-tir titrətdim.
Çox sabahlar bu gün olurkən,
hey geriyə itələnən qonaqdım mən.
Qaranlıq çökərkən də dağlar böyüyər,
gedilməsi gərəkən yol
gəldiyimizdən də uzun.
Rüzgar əsir…
Rüzgar əsir…
Üzüntü,
sonsuza qədər birlikdə ola biləcəyimiz
bir şey deyil.
Ta uzaqlarda,
bir lampa.
Eləcə üzgün-üzgün titrəşir,
Geriyə buraxdığım nə var...
Bəlkə də,
Unutduğum bir şeydir.
Oturduğum yerdən yavaşca qalxıram,
Te-An yarımadasına doğru gedən
dumanlı bir yol…
Ruh nə zaman ağlarsa, bax, o şeirdir.
CAZİB
Gözünün içindəki o dərin quyuya
sanki düşən kimiyəm.
İki ayağım da yerdən üzülür
surətlə sözcüklərin arasına düşən
ulduz üzündən.
İndidən yüz il sonrası da qaranlıq:
Məzarında çürüməyən sümüklər
Möhtəşəm və səssiz.
Bundan sonra belə olacaqlar
uzun zaman.
Səni sevirəm!
LAYLA
Ta uzaqdakı boşluğun
ortasından gələn oxla
qarşı tərəfdən uçan ox
çarpışdılar.
Birlikdə düşdülər
Minlərcə kilometr qabağa
Ayağının önünə “tak” – deyə.
Canim, körpəm!
Körpəm, şirin yuxular...
BİR VƏTƏNƏ DÖNÜŞ
Miladdan öncə 627-ci ildə
gənc buddist rahibi Hyun Jang
dövlətin yasaqladığı bir yola çıxdı.
Hamısı olmasa da,
ölürdü o yolu gedənlərin
böyük əksəriyyəti.
Bilə-bilə çıxdı yenə Hyun Jang o yola,
on yeddi il sonra geri döndü.
Halbuki o yolun dönüşü də
ölümdü.
Amma sağ çıxdı ölümdən –
Çiynində böyük heybə,
başında yağlı kağız və həsir şapka,
Həsir şapkasından
Kiçicik müştüklər asılıydı,
gözəl, ənbər qoxulu müştüklər.
Sağ qolunda buddizmin müqəddəs kitabı.
Bax, beləcə döndü.
O böyük təhlükəni necə anlatsam...
Kiçicik adamın önündəki
müştük qoxu verərək
buddist rahibi Hyun Jang
öləcəyini bilərək çıxdığı
meditasiya səyahətindən
geri dönərkən çöldə,
müştükdəki tüstüsü bitmişdi,
osa könlündəki
gözəl qoxunu, azca üfləyərək
geri dönmüşdü, gizli…
HİMALAYDAN SONRA
Qədər deyildi
gözlərimi çıxarıb
başqa gözləri taxmaq istədiyim.
O acı günlərimdə
Himalaylardan döndüm,
Kiçik uşaq sordu,
orda nələr var deyə.
O an mən də bir uşağın
cır səsi olmaq istətdim…
Koreya dilindən tərcümə edən: türkoloq Eunkyung Oh