Eşqə uçarsan,
qanadların yanar.
Sədi ŞİRAZİ
Eşqə uçmasan,
qanadların nəyə yarar?
Mövlana Cəlaləddin RUMİ
Eşqə qovıışduqda
qanadları kim arar?
Yunus ƏMRƏ
Yenə ruhum pərvaz, fikrim oyaqdı,
Qəlbimdə arzular qalaq-qalaqdı.
Eşqə doğru yol gedirəm nə vaxtdı,
Bir sevginin ətəyindən yapışıb.
Tilsimləyib gözlərimi, qəlbimi,
O sevdadı varlığımın hakimi.
Bu dünyada dolanıram kor kimi,
Bir sevginin ətəyindən yapışıb.
Gizlənmişəm müəmmada, sirdə mən,
Ölsəm yenə əyilmərəm dərdə mən.
Bu dünyaya gələcəyəm bir də mən,
Bir sevginin ətəyindən yapışıb...
SEVGİ ADAMl
Mən bir sevgi adamıyam,
Sorma, adım nədir mənim.
Sevgidən doğan nifrət də,
Ürəyimə yatır mənim.
Bir ömürlük, gəldi-gedər,
Müvəqqəti səadətlər,
Ucuz sevgi-məhəbbətlər,
İçərimdə batır mənim.
Çıxarram üzə sevgimi,
Bu qədim, təzə sevgimi.
Çevirrəm sözə sevgimi,
Gücüm buna çatır mənim.
Sanma ki, Allaha qulam,
Mən Ona dostam, oğulam.
Onu sevməklo moşğulam,
İşim-gücüm budur mənim.
Hər adam bu işi bilməz,
Bu iş qadın, kişi bilməz.
Biri bilər, beşi bilməz,
Sözüm Allah dadır mənim...
SEVGİ QOXUYAN ADAM
Dərd sevinc cildinə girib şən gəlib,
Olub ürəyinlə tənbələn gəlib.
Başma nə gəlib sevgindən gəlib,
O, səni bu kökə qoyubdu, adam!
Həm çölünü, həm içini talayıb,
Nifrəti, qəzəbi, kini talayıb.
Bu sevgi nə vaxtdı səni talayıb,
Bu sevgi qəlbini soyubdu, adam!
Sevgi ürəkdə qəm, saçda dən olur,
Ən çəkilməz dərdlər sevgidən olur.
Sevginin də çoxu bezdirən olur,
Camaat sevgindən doyubdu, adam!
Sevdin nə qazandm bax, belə olmaz,
Cıxacaq axrına, yox, belə olmaz...
Üstünə-başına ətir vur bir az,
Sevgi qoxuyursan ayıbdı, adam!..
Gör necə yoxsuluq biz,
baxmayaraq ki,
ömrümüzdə
neçə-neçə ölümdən,
neçə-neçə ömürdən iz var,
ikimizə cəmi bircə sevgimiz var...
* * *
Gör necə varlıyıq biz,
qiymətlidir sevgimiz,
heç kəs geri qaytarmır.
Gecə-gündüz hər yerdə,
Evdə,
işdə,
şəhərdə
xərcləyirik, qurtarmır...
TƏKLİYİ BOŞAYAM GƏRƏK
Bir vaxt sevincimə qıyan kim idi?
O gözəl günlərdən doyan kim idi...
Məhəbbət eyniylə oyun kimidi,
Uduzdum, təzəsin başlayam gərək.
Qoy gedib başqasın salsın tlaşa,
Kimi istəyirsə eyləsin qoşa.
Kiminlə istəyir qalsın baş-başa,
Bu kifir təkliyi boşayam gərək.
Harda bir bəla var, gəzir başımı,
Fikirlər götürüb əsir başımı.
Yastıq çox yumşaqdı, əzir başımı,
Bir qızın dizinə baş qoyam gərək.
Məhəbbət cənnətə çağıran səsdi,
Kimə azadlıqdı, kimə qəfəsdi.
Allah xatirinə yaşadım, bəsdi,
Day bəndə xotrinə yaşayam gərək...
UZAQDAN GƏLƏSİ ADAM
Uzaqdan gələsi adam,
səndən başqa gəldi hamı.
Gəldi bütün gözləmədiklərim.
Harda qaldın, gəl çıx daha,
bu qədər gözlətməzlər adamı.
Nə vaxt gələcəksən?
Ürəyimdə qəm,
saçlarımda dən olmağamı gələcəksən?
Əzraillə bir vaxtda
canımı almağamı gələcəksən?
Sonra gec olacaq,
çox gec olacaq.
Bəs necə göndərim,
kimdən göndərim mən xəbər sənə?
Tələs!!
Ağ saçlarla, ay canım-gözüm,
bəxş edə bilmərəm ağ günlər sənə...
HƏLƏ SEVMƏK TEZDİ MƏNİ
Hələ gəz dolan beləcə,
Hələ sevmək tezdi məni.
At ömrünün bir küncünə,
Yaddaşında gizlə məni.
Nə vaxt sənə olsam lazım,
Çağırmağa yoxdu lüzum,
Mən səndəyəm, canım-gözüm!
Ürəyində səslə məni.
Hay verməsəm sənə haçan,
Ta eyləmə başqa güman.
Xəyallardan soruşgünan,
Duyğulardan istə məni.
Haqq salandan iz içimə,
Hey süzülür söz, içimə.
Mən çökmüşəm öz içimə,
Sən axtarma üzdə məni.
Gah deyirəm səndəyəm mən,
Gah deyirəm məndəyəm mən,
Yaman qəliz bəndəyəm mən,
Sən gəl indi çöz də məni...
ƏN SƏRFƏLİ TƏKLİF
Hörümçək tor qurub hər tərəfində,
Basıb arzuları toz ürəyimdə.
Hara baxırsansa tör-töküntüdü,
Canım, yoxdu deyə qız, ürəyimdə.
Sevgi çox müqəddos, sevgi çox qədim,
Gəlsənə, mən sənə sevmək öyrədim.
Sənə bundan yaxşı nə təklif edim,
Dörd otaq verirəm öz ürəyimdə.
Amma qoy xəbərdar edim öncədən,
Nə vaxt ürəyimdən getmək istəsən,
Səni öldürüb öz əllərimlə mən,
Sonra dəfn edəcəm düz ürəyimdə...