XOCALI
Kənd həyatı gözəldir. Elə beynimizi sakitləşdirən, başımızı açan kəndin havası da çox gözəldir. Mən Xocalı şəhərində kənddə yaşayıram. Mənim Xocalıda, özəlliklə Qarabağda gözəl həyatım var. Havanın qarlı olması da bir gözəllikdir. Axşam evdə anamın bişirdiyi şorbanı yeyirdim. Bu soyuq havada gözəl bir hiss idi. Hava çox şaxta idi. Axşam saat 10 olardı. Atəş səsləri eşidildi. Mən qorxdum. Atam baxmağa getdi. Anamla biz evdə idik. Sonra xəbər gəldi ki, evlərə top atırlar. Bilmədik nə edək. Çölə çıxsaq ölümün ayaqlarına getmiş oluruq. Ömrünün yarısında ölməyi kim istəyər ki? Mən yenə qorxurdum. Düşmənə görə yox, atama görə... Birdən qapı açıldı. O vahimə dolu səs məni daha da qorxutdu. Atam qayıtdı. O düşmənlərin əhalini əsir götürdüyünü dedi. Onda özümdən getdim. Ağlım özümdə idi. Bu soyuqda dinc əhalidən nə istəyirdilər? Bir gün bura gəldikləri kimi geri qayıdacaqlar. Biz qaça bilərdik. Amma ölüm risklidir, sanki öləcəksən möcüzə nəticəsində sağ qalırsan. Bəli, biz bu yolu da yoxladıq. Evdən 15 addım qabaqda irəliləyərkən evimizin partladığını gördüm. Özümü ələ ala bildim. Amma bir günlük. İnsan öz evini, doğmasını belə cır-cır yanan görəndə çox pis olur. Mən də pis oldum. Amma gözlərimdə nifrət atəşi vardı. Söz verirəm ki, bu gün ölməyəcəm. Ermənidən qisas alacağım günü gözləyirəm. Biz sağ salamat çox şükür ki, qurtula bildik. Paytaxt Bakıya gəldik. Dövlət bizə ev verdi. Televizora baxanda Xocalıda baş verən faciə göstərilirdi. Düşmənlər əhalini öldürüb, işgəncə vermişdilər. Birdən yanmış evimizi gördüm. Evdən əsər-əlamət qalmayıb. Öz evimizi də mənzil nömrəsindən bildim. Budur, indi yaşayırıq amma ölüm yenə də gözlərimin qabağına gəlir. Düşmənə onu çatdırardım ki, cəhənnəm atəşində yanacaqsız! Sonra yenə dünyaya necə güclü dövlət olduğumuzu göstərəcəyik və ermənilər bir daha bizə hücum etməyə cəsarət belə etməyəcəklər!
QARABAĞ BİZİMDİR, BİZİM OLACAQ!