Yaşa, Ərdoğanım, Türkiyəm!
---------------------------------------------------
Şəhidlərin al qanından
bayrağı var!
Atatürkdən miras qalan
torpağı var!
Ərşə-gürşə meydan deyən
növrağı var!
Haqdan yanan, alovlanan
çırağı var!
Yaşa, Ərdoğanım, Türkiyəm!
Əsrin nəbzi səndə vurur!
Öz yurdunda gəz də məğrur,
Hər an yürü, hər an doğrul!
Arxanda nə ərlər durur?
Yaşa, Ərdoğanım, Türkiyəm!
Əqrəbdən yar olmaz, olmaz!
Qaplan kimi sərhəddi gəz!
Xainlərin başını əz!
Vətən eşqin heç tükənməz!
Yaşa, Ərdoğanım, Türkiyəm!
Yağış yağar, torpaq doyar,
Qardaş cana minnət qoyar!
Ömrümü möhnətdən qurtar!
Əsl igid, əsl əsgər!
Yaşa, Əroğanım, Türkiyəm!
Bir qardaş ölkəsiyəm mən!
İgidlər nəfəsiyəm mən!
Zərənizin səsiyəm mən!
Soraq gəldi mənə Səndən!
Yaşa, Ərdoğanım, Türkiyə!
Yaşa Ərdoğanım, Türkiyə!
Bakı. 04.08.2020-ci il.
Qələbə köynəyi
_________________
(Şəhidlərimizin xatirəsinə)
Bu ucalan bayrağım,
Qəlbimə qürur mənim!
Ana Vətən eşqiylə,
Ürəyim vurur mənim!
Mavi mənim göyümdür,
Al qanım hər şeyimdir,
Yaşıl-cənnət torpağım,
Sabah orda toyumdur!
Vətən andı içməyim,
Varlığımdan keçməyim,
Şəhid yolu seçməyim,
Arzumdu, diləyimdir!
Yola çıxdım, uğura!
Qəhrəmanlar doğula!
Qələbəyə çağıran,
Əslim, köküm, soyumdur!
Dalğalan, uca bayraq!
Min yaşa, ana torpaq!
Səni qanla suvarmaq,
Sonunda olməyimdi!
Ali Baş Komandanım!
O mənim şöhrət-şanım!
Səsi Bayrağım kimi,
Ucadan gəlməyidir!
Vətən dedim, ünlədim!
Tarixləri dinlədim!
Sabaha qalan ömrüm,
Qələbə köynəyimdi!
Qələbə köynəyimdi!
Xəbər göndərin
----------------------------
Şuşaya, Laçına xəbər göndərin!
Füzuli alındı, gəlirik deyin!
Darda qalanlarım, gözləyir məni!
Sizin halınızı bilirik deyin!
Rəhbərim and içdi, Vətən adına!
Əsgərim, and içdi, torpaq adına!
Nigaran ruhlarım, nigaran torpaq!
Sizlər də güc verin, qol-qanadıma!
Sabah Qarabağı azad edəcəm! Kəlbəcərimə də rahat gedəcəm!
Qələbə mənimdi, əziz anacan!
Duaların oldu sipərim, gücüm!
Vətənə canımı əsirgəmərəm!
Gözəl Vətənimə, bir salam verəm!
Qubadlımdı, məndən aman diləyir!
Cəbrayıl: “gəl, məni azad et!”-deyir!
Xocam Xocalı da ayaq üstədi!
Xocavənd hazırdı, kəmərbəstədi!
Əsirdi, yurdlarım, kömək diləyir!
“Amandı, əsgərim, gəl, qurtar!”-deyir!
İgid əsgəriyəm, canım sipərim!
Vətənim gözləyir, vardır xəbərim!
Atıldım hərbə mən, gülsün gözlərin!
Ana, yaxındadır, mənim zəfərim!
Xızır kimi yetdim, gülsün səhərim!
İlham-Ərdoğan gücüm, kəsərim!
Türkəm, keçərəm keçilməzləri!
Yazılsın bu gün Zəfər dəftərim!!!
Haydı, türkoğlu, haydı türk oğlu!
Nəfəsin nurlu, yolun uğurlu!
Ucalt bayrağı, xeyirlər olsun!
Haydı, türk oğlu, haydı, türk oğlu!
İgid əsgəriyəm, canım sipərim!
Vətənim gözləyir, vardır xəbərim!
Atıldım hərbə mən, gülsün gözlərin!
Ana, yaxındadır, mənim zəfərim!
Çağır məni
Ana Vətən!
Çağır məni!
Darda qalsan,
Gələrəm mən!
Hər ağrını, hər acını,
Silərəm mən,
Silərəm mən!
Şəhidimi,
Qucan torpaq!
Oxunmusan varaq-varaq!
Öp gözümdən,
Gəl ayrılaq!
Sənin üçün,
Ölərəm mən!
Ölərəm mən!
Yurdun bağrı ayaqlanır!
Burda mərdlər soraqlanır,
Gavur düşmən,
Nə haqq qanır!
Nə utanır!
Cəsədimlə,
sipərəm mən!
sipərəm mən!
Araz axır,
Kür də baxır!
Qanım Qarqar
olub, axır!
Namərd düşmən,
Yurdu yıxır!
Başımda tufan oynayır,
Gözümdə ildırım çaxır!
Nur tökülsün,
şəfəq-şəfəq,
Ovuc-ovuc
İçərəm mən!
içərəm mən!
Günəş çıxmır
Murovlara!!!
Tərsa hara?
Murov hara!
Vətən olan
Bu daşlara,
Al qanımı,
Çilərəm mən!
Çilərəm mən!
Haqqım gələ,
Bu dağlara!
Məzar ola,
Qorxaqlara!
Uçan ağban
Saraylara!
Dönərəm mən,
Dönərəm mən!
Gavır düşmən!
Onu bil ki!
Adı oğuz
Olan yurdda!
Sorağımız
Göy türklərdə!
Bayrağımız,
Şaman, Alpər!
Yol göstərən
Ulu Qurtla!
Pis qanına
Bələrəm mən!
Bələrəm mən!
Vəfa Dəmirçioğluyam!
Adı Avey soraqlıyam!
Vətən eşqiylə doluyam!
Düşmən haqsız!
Mən haqlıyam!
Bir gün olar,
Gülərəm mən!
Gülərəm mən!
Ana Vətən!
Çağır məni!
Gələrəm mən!
Gələrəm mən!
Hər ağrını,
Hər acını,
Bilərəm mən!
Bilərəm mən!
Şəhid Məhəmmədə
----------------
(Şəhid anası Yaqut xanıma təsəlli)
Bu ömrüm Vətənə, yurda sadağa!
Ana, yollarımı gözləmə daha!
Canım sipər oldu Ana torpağa!
Ana, yollarımı gözləmə daha!
Bu ömrüm Vətənə, yurda sadağa!
Sən ey həzin külək, bir salam apar,
Həsrət qalan yarım saçın yolmasın!
Bizim məhəllədə sevgilim yaşar!
De ki, qara gözü yaşla dolmasın!
Həsrət qalan yarım saçın yolmasın!
Yurdum yad əllərdə, ruhum nigaran,
Bir gün də, Şuşamı alarıq geri!
Ana, sən fəxr elə, bu şəhid balan!
Vətən keşikçisi, Vətən sipəri!
Bir gün də Şuşamı alarıq geri!
Sən məni qəhrəman böyütdün, ana!
Mən şəhid oldum ki, gülsün Vətənim!
Yenidən qayıdıb, gəlsəm cahana,
Yenə şəhidlikdi qismətim mənim!
Mən şəhid oldum ki, gülsün Vətənim!
Ağlama arxamca, dözmərəm ana!
Qələbə günündə dönüb, gələcəm!
Ey, sevgili Vətən, borcluyam sana,
Göydən mələk kimi enib gələcəm!
Qələbə günündə dönüb gələcəm!
Necə bir fırtına gəldi cahana?
Sanki göy titrədi, yerlər də dindi!
Oğul Məhəmmədi böyütdün ana!
Şəhid Məhəmmədi qarşıla indi!
Sanki göy titrədi, yerlər də dindi!