G İ R İ Ş
Azərbaycanın tarixinə, millətimizin kecmişinə birsəyahət etsək, şanlı salnaməmizə adları yazılmış nə qədər dövlət başçıları, sərkərdələr, xalq qəhrəmanları görərik. Azərbaycan dovlət müstəqilliyini itirəndən sonra da böyük hərbçilər yetirmişdir. Döyüşkənlik, vuruşqanlıq millətimizin tinətində var. Rusiya İmperator ordusunun azərbaycanlı artilleriya generalı, Birinci Dünya muharibəsində diviziya komandiri, 1904-1905-ci illər Rus-yapon muharibəsində komandan kimi iştitrak etmiş, sonralar Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general-leytenant Səməd bəy Mehmandarov, “ rus artilleriyasının Allahı” adlandırılan, Rus-yapon muharibəsində batareya komandiri, hərbin sirlərini öyrənmək ücün yazdığı dərs vəsaiti, hərbi dərsliklər müəllifi və müəllim, ilk hərbi nazirimizin muavini general-leytenant Əliağa Şıxlinski və bir çox yüksək rütbəli hərbçilərin adları hərb tarixinə yazılıb. İkinci Dünya muharibəsi də neçə-neçə həmyerlimizin hərb qabiliyyətini üzə çıxardı. İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanov, Böyuk Vətən muharibəsində batalyon komandiri olmuş Sovet İttifaqı Qəhrəmanı mayor Müseyib Allahverdiyev, əfsanəvi Mixaylo – Mehdi Huseynzadə gənc yaşda adlarını hərb salnaməmizə yazdılar. Sovet imperiyası qeyri-rus xalqlar içərisindən hərbçilərin yetişməsinə qısqanclıqla yanaşırdı, sovet dövründə müstəqilliyi məhdudlaşdırılmış Azərbaycana qarşı daha şovinist münasibət vardı. Bu da səbəbsiz deyildi, ruslarla türklər arasında çox savaşlar olmuşdu və türklərin döyüşkənliyi cümlə-cahana bəlli idi. Amma Azərbaycan zaman-zaman böyük xadimlər yetirirdi. Azərbaycanın böyük oğlu Heydər Əliyev də yüksək rütbəli hərbçi, görkəmli, uzaqgörən siyasi xadim idi. O bilirdi ki, ölkəmiz gec-tez müstəqilliyini bərpa edəcək. Bunun üçün hərbi kadrların yetişməsi zəruridir. Ulu Öndər Heydər Əliyev hər bir sahədə olduğu kimi, Azərbaycanın ordu quruculuğunda da müstəsna xidmət göstərib. 1971-ci ilin aprel ayında Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin fəaliyyətə başlaması tarixi bir hadisə idi. Ali hərbi məktəbin yaradılması da Ulu Öndərin xalqımız qarşısında böyuk xidmətidir. Milli ordu quruculuğu da onun adı ilə bağlıdır. Bu ordu nə çətinliklərlə, hansı təzyiqlərlə qurulub, buna hamımız şahidik. Bu gün o ordunun sayəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərimizin vəsiyyətinə əməl olundu. Gənc nəsil əcdadlarından örnək götürdü, xalq bir yumruq kimi dovlətinin rəhbərinin ətrafında birləşdi və artıq ücrəngli bayrağımız Qarabağda dalğalanır. 44 gün içində düşməni əzən, dünyanı mat qoyan oğullar, Azərbaycan xalqı əbədiyyət boyunca sizə minnətdar olacaq.
SƏRHƏDÇİLƏR
Əlində avtomat, çiyin-çiyinə
Vətən sərhədində duran əsgərlər!
Günəş doğanacan nə dinclik bilən,
Nə kirpik-kirpiyə vuran əsgərlər!
Vətənə yad gözlə baxanlar olsa,
Qılınc tək çatarsız qaşlarınızı!
Üçrəngli bayrağa əymisiz yalnız
Qürurla ucalan başlarınızı!
Başınız üstündə ulduzlu səma,
Siz nəyi düşünüb anırsınız hey?
Siz də bu torpağın ulduzlarısız,
Gecələr subhədək yanırsınız hey...
Silahınız sazdır sinəniz üstə,
Səssiz oxuyursuz Vətən havası...
Siz varsız - zəfərlə sonuclancaq
Düşmənlər başlayan torpaq davası!
Təkcə torpağın yox, sizlər həyatın,
Sülhün keşiyində dayanmısınız!
Durmusuz müqəddəs məzarlar üstə,
Körpə beşiyində dayanmısınız...
Səmada quşları, yerdə gülləri,
Çiçəkli bağları qoruyursunuz.
Keçmişin, bu günün keşiyin çəkir,
Gələcək çağları qoruyursunuz.
Axır gəlib çatdı o zəfər günü-
Sədası ürəkdə, izi yoldadır.
Nə qədər ananın qulağı səsdə,
Nə qədər gözəlin gözü yoldadır!
Əsgər oğullarım, qoy Tanrı özü
Sizi hifz eləsin qada-baladan!
Bu çətin, şərəfli xidmətinizdə
Köməyiniz olsun Böyuk Yaradan!
DAVAMI: ZƏFƏRNAMƏ(tam versiya)