Gülxani Pənahın “Vətən adlı dinim var...” və “Bütöv bir canıq Azərbaycanıq” kitabları işıq üzü görüb. Hər iki kitab II Qarabağ Müharibəsində əldə etdiyimiz Böyük Zəfərə, tarixi qələbəmizə həsr olunub.
Humanizm, nəciblik, müasir Azərbaycanın həyatı, yaradıcı əmək, xəyanətə qarşı barışmazlıq, əsrin ən böyük bəlasını yaşayan Azərbaycanın başına gətirilən müsibətlər, torpaq uğrunda gedən döyüşlər, rəşadətli ordumuzun qazandığı zəfər hər iki kitabdakı şeirlərin əsas mövzularıdır.
Gülxani Pənahın qəlbində hakim olan vətən, torpaq sevgisi, yurd həsrəti, yurd yangısı, vətən, millət, vətənpərvərlik duyğuları onun poeziyasının, ümumən yaradıcılığının əsasını təşkil edir. Müəllifin lirikasında vətənə, yurda, torpağa bağlılıq, sevgi ana xətdir.
Məlahət Qənbərova