İstedadlı şair Güləmail Muradın "Nuru Paşanın Dastanı" adlı kitabında qardaş Türkiyənin ölkəmizə əsl qardaş münasibəti sərgilədiyinin şahidi oluruq. Əsərdə işıqlandıran əfsanəvi qəhərman Nuru Paşa obrazı türkçülüyünün qoruyucusu kimi yadda qalır, xalqımızın ağır günündə Azərbaycanın müdafiəsi naminə vuruşur. Əsərin bədii çəkisi olduqca ağırdır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.