Azərbaycan müsəlmanlarının Nuri Paşa tərəfindən daşnak zülmündən xilas edilməsinin 105-ci ildönümü münasibətilə Nuru Paşanın böyük ruhuna ithaf olunur.
İstedadlı şair Güləmail Muradın "Nuru Paşanın dastanı" adlı kitabında qardaş Türkiyənin ölkəmizə əsl qardaş
münasibəti sərgilədiyinin şahidi oluruq. Əsərdə işıqlandırılan əfsanəvi qəhrəman Nuru Paşa obrazı türkçülüyün qoruyucusu kimi yadda qalır, xalqımızın ağır günündə Azərbaycanın müdafiəsi naminə vuruşur. Əsərin bədii çəkisi olduqca ağırdır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.