Seyidov Mircəfər Əyyub oğlu — azərbaycanlı yazıçı və jurnalist.
Mircəfər Seyidov 1952-ci ildə anadan olmuşdur. 1969-cu ildə Bərdə şəhər 5 saylı orta məktəbi, 1975-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.
1975-ci ildə əmək fəaliyyətinə başlamış, uzun müddət mətbuat və nəşriyyat sahəsində işləmişdir. Hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi işçidir. Müxtəlif illərdə "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində və digər mətbu orqanlarda hekayə, şeir və esseləri dərc olunub. 1980–1985-ci illərdə iki ədəbi almanaxda hekayələri nəşr edilib. Bundan əlavə müxtəlif qəzet janrlarında yazılmış və dərc olunmuş 2000-dən çox məqalənin müəllifidir.100-dən artıq kitabın redaktorudur 80-ci illərin əvvəllərində ən yaxşı idman jurnalisti kimi Azərbaycan "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətinin fəxri fərmanı ilə təltif olunmuş, Respublika idman jurnalistlərinin Bakıda keçirilən konfransının iştirakçısı olmuşdur. 2001-ci ildə yazdığı "Kərbəla "kitabına görə ilk dəfə Bakıda keçirilən İmam Həzrət Əli(ə)ilə bağlı beynəlxalq konfransa dəvət almış, çıxışı konfransın toplusunda dərc edilmişdir. 2016-cı ildə Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasında fəal iştirakına və 1996-cı ildə yazdığı "Bərdə şəhidləri" kitabına görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin "Fədai" medalına layiq görülmüşdür.
1982-ci ildə SSRİ Jurnalistlər İttifaqının üzv olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.