İbrahimov Elşad (Elşad Kəlbəcərli) Ələstan oğlu 1984-cü ildə Kəlbəcərin Comard kəndində anadan olub. Kəlbəcər rayonunun 102 saylı orta məktəbini bitirib. 2003-cü ildə vətənə xidmətə yollanıb. Cəbhə bölgəsində düşmənlə üz-üzə səngərdə hərbi xidmətini başa vurmaq üzrə 4 ay qalmış düşmən snayperi onu başından yaralamışdır. 1993-cü ildə Kəlbəcər işğal olunan zaman ailəsi ilə birlikdə Goranboy rayonunda məskunlaşmışdır. Hal-hazırda 1-ci qrup Qarabağ əlili kimi Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində yaşayır. Vətən həsrəti onu şeir yazmağa məcbur etmişdir.
Q Ə L Ə B Ə
Ordum qırx dörd günə bir dastan yazdı,
Düşmən xülyasının məzarın qazdı.
Zəfər xəbərimiz dünyaya sızdı
Üçrəngli bayraqda gözdü qələbə,
Ən ülvi, müqəddəs sözdü qələbə.
Qarabağ yanğısı içləri yedi,
Hər kəs Şuşa dedi, Qarabağ dedi.
Nə vaxtdan gözümüz yollarda idi
Həsrəti, hicranı çözdü qələbə,
Ən ülvi, müqəddəs sözdü qələbə.
O yaltaq yağılar, qorxaq siçanlar,
Yurdumun başına oyun açanlar.
“Dəmir yumruğumu” görüb qaçanlar
Gördülər odumda közdü qələbə,
Ən ülvi, müqəddəs sözdü qələbə.
Qələbə sədası sərhədlər aşdı,
Coşqun sellər təkin çağladı daşdı.
Neçə ulus keçdi, ellər dolaşdı
Ün saldı cahana, gəzdi qələbə,
Ən ülvi, müqəddəs sözdü qələbə.
ŞƏHİDLƏR ÖLMÜR
Vətənin yolunda, torpaq uğrunda,
Canından keçənlər heç zaman ölmür.
Hər uca zirvədə bayrağ ucaldan,
Tarıxdə iz qoymuş şəhidlər ölmür.
Döyüş meydanında nəroğlu nərlər,
Onun göstərdiyi böyük hünərlər
Dünyaya hay salan uğur, zəfərlər,
Tarıxdə iz qoymuş şəhidlər ölmür.
Hərbin tarixini yeni yazanlar,
Hiyləgər düşmənə məzar qazanlar.
Hələ çox yazacaq şair, yazarlar,
Tarıxdə iz qoymuş şəhidlər ölmür.
Göz yaşı axıtma anam, qardaşım,
Mənim də üst-üstə yığılıb yaşım.
Elşadam, Qaziyəm, çox çəkib başım,
Tarıxdə iz qoymuş şəhidlər ölmür.!
VUR, ƏSGƏR QARDAŞIM
Ali Baş Komandan veribdi əmri.
Vur, əsgər qardaşım, vur, sənə qurban!
Vətən keşiyində sən gecə-gündüz.
Müsəlləh əsgərtək dur, sənə qurban!
İşğaldan azad et dağı-dərəni,
Kimsə ala bilməz Tanrı verəni.
Düşmənin qurduğu bəndi-bərəni,
Yar, əsgər qardaşım, yar, sənə qurban!
Ürəkdən şad elə bizim elləri,
Nicat gözləyirik illərdən bəri.
Düşmənin önündə “qeyrət çəpəri”,
Yenilməz əzminlə qur sənə qurban!
Qoyma dağlar qala boran içində,
Yağını qəhr elə tufan içində.
Düşmənin amanın bir an içində,
Qır əsgər qardaşım, qır sənə qurban!
Elşad dua edib hər gün Allaha,
Deyir ta nahaqq qan axmasın daha…
Düşməni öldürən batmaz günaha.
Vur, əsgər qardaşım, vur, sənə qurban.!
ZƏFƏR ÇALMIŞIQ
Güllə səsləriylə açıldı səhər,
Atıldı döyüşə hər kənd, hər şəhər.
Xalqımın birliyi verdi bar-bəhər,
Düşmənin gözünün odun almışıq -
Biz “Dəmir Yumruq”la zəfər çalmışıq!
Yolların tilsimin qıranlar bizik,
Düşmənin bağrını yaranlar bizik.
Çəkici bir yerə vuranlar bizik,
Ağır döyüşlərdə qalib olmuşuq –
Biz “Dəmir Yumruq”la zəfər çalmışıq!
Döyüş meydanında naşı əzildi,
Zəhərli ilanın başı əzildi.
Qurusu kül oldu, yaşı əzildi,
Polad biləkmişik, vuran qolmuşuq –
Biz “Dəmir Yumruq”la zəfər çalmışıq!
Şuşa marş sədalı zəfər nəğməsi,
Dünyaya səs salıb Ordumun səsi.
Yenilməz heç zaman ərən həvəsi,
“Hay”ları biryolluq taxtdan salmışıq –
Biz “Dəmir Yumruq”la zəfər çalmışıq!
Qədim Şuşa, bülbül kimi dil aç sən,
Kəlbəcərdən Laçınacan yol aç sən.
Ta Ağdamda, Füzulidə qol aç sən,
Qan töküb, torpağı geri almışıq –
Biz “Dəmir Yumruq”la zəfər çalmışıq!
Elşad, ta dillərdə söz olanlarıq,
Əlçatmaz zirvədə iz olanlarıq,
Həyatda amalı düz olanlarıq,
Daha nə saralıb, nə də solmuşuq –
Biz “Dəmir Yumruq”la zəfər çalmışıq!
DEYİL
Azadlıq nəğməsi gəzir dilimdə,
Hərdən sevincimdən əsir əlim də.
Bayramlar keçirək doğma elimdə.
Qoy sevinsin ürək, titrəməsin dil –
Dayanma igidim, "dur" yeri deyil!
Əzizdi-doğmadı ana yurdumuz,
Yenilməz ərəndi ta, Boz qurdumuz.
Yağılara gözdağıdır ordumuz,
Ad-san hünərdədir, bunu yaxşı bil –
Dayanma igidim, "dur" yeri deyil!
Daha aldanmayaq şeytana-şərə,
Birləşib yumruğu vuraq bir yerə.
Sevinc bəxş eləyək dogma ellərə,
Yurduma göz dikən qoy olsun zəlil –
Dayanma igidim "dur" yeri deyil!
Harda düşmən görsək, alaq canını,
Öpüb, əzizləyək şəhid qanını…
Artıraq Vətənin şərəf-şanını,
Açsın hər tərəfdə əlvan çiçək-gül –
Dayanma igidim "dur" yeri deyil!
Dədə Qorqud yadigarı ozanam,
İnsanlığa bəxş edilmiş azanam.
Elşadam, şairəm, şeir yazanam,
Şən səsimiz qoy, yüksəlsin ilbəil –
Dayanma igidim "dur " yeri deyil!
QƏZƏL
Qəm çəkmək üçün yox daha taqət, ölürəm mən,
Etsin məni ol yar ziyarət, ölürəm mən.
Axır nəfəsimdir. nola İsa nəfəsiylə,
Versin bu soyuq cismə hərarət, ölürəm mən.
Zəncir eləmiş boynuma zülfün daha bəsdir,
Üzmüş məni bu zulmü əsarət, ölürəm mən.
Hicran məni bimar eləmiş gör nə zamandır,
Ölməkdən ağırmış demə həsrət, ölürəm mən.
Qurban eləmək istəyirəm canımı yarə,
Qoynunda verəm canımı rahət, ölürəm mən.
Olsun nə cəfa çəkmişəm eşqində həlalın,
Gəl sən də həlal eylə, ey afət, ölürəm mən.
Bir vaxt özümə mərd öləsən, mən ki, demişdim,
Elşadam, igid, şükr, səlamət ölürəm mən!
QƏZƏL
Qəm çəkmək üçün yox daha taqət, ölürəm mən,
Etsin məni ol yar ziyarət, ölürəm mən.
Axır nəfəsimdir, nola İsa nəfəsiylə,
Versin bu soyuq cismə hərarət, ölürəm mən.
Zəncir eləmiş boynuma zülfün daha bəsdir,
Üzmüş məni bu zulmü əsarət, ölürəm mən.
Hicran məni bimar eləmiş gör nə zamandır,
Ölməkdən ağırmış demə həsrət, ölürəm mən.
Qurban eləmək istəyirəm canımı yarə,
Qoynunda verəm canımı rahət, ölürəm mən.
Olsun nə cəfa çəkmişəm eşqində həlalın,
Gəl sən də həlal eylə, ey afət, ölürəm mən.
Bir vaxt özümə mərd öləsən mən ki, demişdim,
Elşadam, igid, şükr, səlamət ölürəm mən!
VƏTƏN BÖLÜNMƏZ.
Vətən savaşında, torpaq uğrunda,
Can fəda eləmiş oğullar ölməz!
Cənnətdir onlara, dagım, daşım da,
Şəhidlər ölməzdi, Vətən bölünməz!
Şəhidlər vüqarı, – aranın, dağın,
Şəhidlər sabahı yurdun, torpağın.
Onlardır ucaldan Vətən bayrağın,
Şəhidlər ölməzdi, Vətən bölünməz!
Niyyətin puç edib yağı düşmənin,
Qaraldıb gözünün ağın düşmənin,
Qurudub kökündən tağın düşmənin,
Şəhidlər ölməzdi, Vətən bölünməz!
Müzəffər əsgərtək, səda salıblar,
Müxənnət yağıdan qisas alıblar.
Haqqın savaşında zəfər çalıblar,
Şəhidlər ölməzdi, Vətən bölünməz!
Zəfər dastanını onlardı yazan,
Onlardır ürəkdən sevilən hər an!
Düşmənin əbədi şəstini pozan,
Səhidlər ölməzdi, Vətən bölünməz!
Səhidlər yurduma şərəfdi-şandı,
Hər biri əbədi gəncdi, cavandı.
Onlar cismimizdə nəfəsdi, qandı,
Şəhidlər ölməzdi, Vətən bölünməz!
Ey könül, xilaskar de, sən onlara,
Borcludur göyərən hər dən onlara!
Elşad Qazi deyir ƏHSƏN onlara,
Şəhidlər ölməzdi, Vətən bölünməz.!
ŞƏHİDLƏRİN QİSASİNİ ALIRIQ
Bu dünyada şərəfin yox, izin yox,
Ay erməni, zərrə qədər gücün yox,
Sən qarşımda əzilmisən sözün yox,
Bizlər hər gün yaradırıq, qururuq –
Şəhidlərin qisasını alırıq!
Bilən bilir, hər bəlanın ilki siz,
Yer üzündə yamanlığın görkü siz,
Bəlkə gücsüz bilirdiniz Türkü siz,
İndi bunun hesabını soruruq –
Şəhidlərin qisasını alırıq!
Yaltaqlanıb könlümüzü aldınız,
Ən səfalı yerdə məskən saldınız,
Üzümüzə bəs, niyə ağ oldunuz?
O vaxtları indi yada salırıq –
Şəhidlərin qisasını alırıq!
Dinc durmayıb hər tərəfə əsdiniz,
Haqqa gedən yolumuzu kəsdiniz.
Darmadağın oldu sonda “şəstiniz”,
Ta bu dərdin çarəsini qılırıq –
Şəhidlərin qisasını alırıq!
Tez qudurub yolunuzu azdınız,
Həqiqəti yalan kimi yozdunuz.
Saxta tarix quraşdırıb yazdınız.
Zənn etməyin yarpaq kimi soluruq –
Şəhidlərin qisasını alırıq!
Elşad deyir, ocaq olduq, pir olduq,
Xan Arazdan soraq verən Kür olduq.
Millət kimi bütövləşib bir olduq,
Əhdimizə sədaqətli qalırıq,
Şəhidlərin qisasını alırıq.!
ŞƏHİD ANASI
Bəxtinlə bitməyib cəngin-savaşın,
El-oba yanında ucadır başın.
Kipriyin nəmlidir, çatılıb qaşın,
Gözü yaşlı qalan şəhid anası!
Dilində duadır, qəlbdə Allahı,
Sızladır ürəyi naləsi-ahı.
Hər vaxt ağlar gözlə açır sabahı,
Gözü yaşlı qalan şəhid anası!
Dərdini körpətək açıb-bələyir,
İgid balasına rəhmət diləyir.
Namaz qılıb, haqqa dua eləyir,
Gözü yaşlı qalan şəhid anası!
Nəmli gözlərini silməyən də var,
Heç vaxt yaxınına gəlməyən də var.
Nələr çəkdiyini bilməyən də var,
Gözü yaşlı qalan şəhid anası!
Can anam, ta ovun, səbrinə sığın,
Dərdinə ortaqdır hər uzaq-yaxın…
Dilində-ağzında söz yığın-yığın,
Gözü yaşlı qalan şəhid anası!
Elşadam, alışsam çətin ki, sönəm,
Vətənə qalxandı, sipərdi sinəm.
Bir oğlun şəhidsə, diğəri mənəm…
Gözü yaşlı qalan şəhid anası.!
QƏZƏL
Ey təbibim, nəymiş o dərdim, yazıb dərman belə,
Qəmli-qəmli. gizli-gizli söylədin can-can belə ?
Yox cahandan ehtiyac, dünya malı ya izdivac,
Olsa ölmək tək əlac. məşuqə ol qurban belə.
Yox həkim səndən səfa görmüşsə, o bir qəm rəva
Yazsa neylər min dəva cəm olsa min loğman belə.
Çərx dönsün tərsinə, bəsdir İlahım təskinə,
Qoy muradım əksinə dövr eyləsin dövran belə.
Fəsli-güldür gül gülür, duydum bizə yarım gəlir,
Pis gün ömrü az olar, çox gülməsin hicran belə.
Əğyar üstə yağıyam miskinlərin ortağıyam,
Mən ki, qəm dustağıyam, neylər mənə zindan belə?
Qəmli Elşadəm, sönük, zənn etmə bərbadəm, könül,
Bil ki, çox şadəm, könül, Rəbbim yazıb fərman belə!
QƏZƏL
Bəsdi günah eylədin, indi namaz qıl, yetər,
Tövbəkar ol, hörmətin bil ki, namazsız itər.
Ömrə vəfa yoxdu heç, xoş əmələ ver könül,
Ha qoru, ha bəslə sən, qaydadır, ömrün bitər.
Eyləmə pis işləri, gəl yaxın ol Allaha,
Yükləmə vicdanını, sonra durub tökmə tər.
Qoy əməlindən sənin kimsə zərər görməsin,
Şeytana lənət de ki, dəyməsin ondan xətər.
Hardasa bəd gəlsə gün, döz, eləmə bir günah,
Allaha etsən dua, böyləcə bəd gün ötər.
Əhli-kitab ol hər an, axirətə yığ savab.
Qəlbini et bağça-bağ, qulluq elə, gül bitər.
Neyləmisən sən əzəl tövbəni et, dön geri,
Gəl qulaq as Elşada, olmasın halın betər!
QORXURAM
Adın ürəyimdə bir yuva salıb,
O qədər suallar cavabsız qalıb.
Elə bil gözümdə dünya daralıb,
Səni itirməkdən yaman qorxuram.
Səni görməyəndə sozalır üzüm,
Danışa bilmirəm tükənir sözüm.
Bilmirəm nə sirdi mən necə dözüm?
Səni itirməkdən yaman qorxuram.
Sənsiz yer tapmıram oturam, duram,
Qəlbim sıxıldıqca göynədir yaram.
O qədər bu həyat edib məni ram,
Səni itirməkdən yaman qorxuram.
Sənsizlik ömrümə kəsildi qənim,
Sevincimə haram, yuxuma qənim.
Hər sətir başında duranım mənim,
Səni itirməkdən yaman qorxuram.
Özümə bir dogma bilirəm səni,
Elə bil çiçəksən dərirəm səni.
Elşadam öldürmə həsrətlə məni,
Səni itirməkdən yaman qorxuram!
QƏZƏL
Mənə həsrət acısın yükləmə, yar, insafa gəl,
Başıma gen cahanı eyləmə dar, insafa gəl.
Çalış, aşkarda danışma, rəqibə yoxdur inam,
Eyləmə sirrimizi aləmə car, insafa gəl.
Yusifi zindana göndərdi Züleyxa səndə
Salma zindana məni, eyləmə xar, insafa gəl.
Çıxarıb atma üzündən o həya pərdəsini,
Bu yolun əvvəl-axır müşkülü var, insafa gəl!
Gör haçandan deyirəm, insafa gəl, gəlmirsən,
Yəni, etmir sənə bir kəlmə də kar, insafa gəl!
Mənə həm dərd, həmi dərman, həmi loğman sənsən.
Ey təbib, qan itirən yarəmi sar, insafa gəl.
Elşadın xəstə yatağlarda da sənsən ümidi,
Üzü aydan da gözəl, naz!