1999-cu il mayın 6-da Lerik rayonu Veri-Əliabad kəndində anadan olub
MƏN ŞƏHİDƏM
Mən Şəhidəm! Anam məni bağışla,
Söz vermişdim qayıdacam, ağlama.
Çıx qapıya oğlun gəlir qarşıla,
Çox yorğunam ayağ üsdə saxlama.
Mən Şəhidəm! Gizli tutun xəbəri,
El obamda heç bir adam bilməsin.
Eşitsə əyilər, bükülər beli,
Nə qardaşım, nə də atam bilməsin.
Mən Şəhidəm! Qeyrət vardı qanımda,
Arzularım öldü , qalan acım var.
Mən Şəhidəm! məzarımın yanında
Ömür boyu qan ağlıyan bacım var.
Mən Şəhidəm! Ay sevdiyim , ağarmış
Saçları oxşuyub dəyə bilmirəm.
Qıymazdım gözündən yaş gələ, indi
Sevdiyim, ağlama deyə bilmirəm.
Mən Şəhidəm ,aləm məndən danışar,
Sağ qoymaram yurduma göz dikəni.
Cismim vətən torpağına qarışar,
Ruhum göydən Qoruyacağ vətəni.
***
Bircə dəfə bağışladın, etdisə
Barışmağın yeri yoxdu anladım
Fələk qova, sən qaçasan, durasan,
Yarışmağın yeri yoxdu, anladım
Sevgi necə iman versin dinsizə?
Sən ki, dərman olmamısan sənsizə.
Ürək ayrı kəsdə olsa üz-üzə
Baxışmağın yeri yoxdu, anladım.
Can vermişəm gəlməmisən imdada,
Səndən qəlbi daş tapılmaz dünyada.
Xəyalınla hər gecələr röyada,
Danışmağın yeri yoxdu, anladım.
Sevgi məni ayrı saldı vətəndən,
Ruhum gedib ayrı gəzir bədəndən.
İllər keçib, səni yoldan ötəndən,
Soruşmağın yeri yoxdu anladım.
Yaman oldu bu əzablı bağlılığ,
Daha səndən istəmirəm qarşılıq.
Qoy unudum, əzab verir ayrılıq,
Alışmağın yeri yoxdu, anladım.
Ömür verdim keçib gedən illərə,
Adım düşdü şeirlərə dillərə.
Allah yazıb yazımızı dəftərə,
Qarışmağın yeri yoxdu anladım.
***
Zalım! Yoxsan, yox heç nəyim,
Məni yordu sus deməyin.
Mənə sevirəm dediyin,
Cümlən üçün darıxmışam
Nə sözün var danış mənə,
Dayan sənə baxım yenə.
Mən necə anladım sənə,
Kölgən üçün darıxmışam.
Bir gül idin vaxtsız solan,
Sevgim sənsiz, oldu yalan.
Ürəyində bağlı qalan,
Zindan üçün darıxmışam.
Daha geri gəlməz gedən,
Sevib ayrı qaldım, nədən?
Canından çox məni sevən,
Həmdəm üçün darıxmışam.
Daha boşdu solum, sağım.
Gülü soldu getdi bağın.
Allah, məndən ayırdığın
Bəndən üçün darıxmışam.
***
Bilmədən üzmüşəm, sevdiyim səni,
Səndən isdəyim var bircə bağışla.
Ayrılıq kəlməsi yıxmamış məni,
Sakitləş bir azda, azca, bağışla.
Qıyma ki, intizar yıxa bizləri,
Yar yara həsrətlə baxa gözləri.
Bizi incidən o acı sözləri,
Unudub qoyaq bir küncə, bağışla.
Bilirəm qəlbində boş qalar yerim,
Tutmasan əlimi, donar əllərim.
İstəsən sonuncu məsləhət verim,
Gəl öz sevdiyini məncə bağışla.
***
Dindi Arayik ki, Qarabağ "Artsağ"a döndü,
Əfsus vətənim düşmən olan oylağa döndü.
Xankəndi, Laçın həsrət ilə gözlədi, yurdum
İllərlə nahaq qan tökülən torpağa döndü.
Gün yetdi Mübariz, Xudayar meydana gəldi,
Gördü yağı düşmən onları, yaltağa döndü.
Yurdun ağası viran olan yurdunu tezdən,
Abad eləyib cahu cəlal qurmağa döndu.
Mərdin başına çəkdi sığal xalqın əlləri,
Namərd başını əzdi, dəmir yumruğa döndü.
İllərdi sukut eyləyən o bayrağımız da,
Qartal kimi göylərdə süzən bayrağa döndü.