Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Rəqibə Qəvvasın “Vətən Boyda Oğullara Borcluyuq biz” kitabın təqdimatı keçirildi.
“Vətən Boyda Oğullara Borcluyuq biz” kitabı Səbirabad rayonunda yaşayan, H.Z.Tağıyev adına şəhər 6 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən Rəqibə Qəvvasın “Muğandan mən” (1994), “Möcüzələr işığında” (2001), “Qan iyi” (2003), “Taleyin o biri üzü” (2019), kitablarından sonra nəşr olunan sayca beşinci kitabıdır.
Kitabda müəllifin Qarabağ torpaqlarının azadlığı uğrunda vuruşan, əsgər, qazi və şəhidlərimizin qanıyla yazılan tarixə həsr olunmuş şeirləri və hekayələri toplanmışdır.