Xalq şairi Rəsul Rzanın anadan olmasının 115 illiyi ərəfəsində
Mübarizə bu gün də var, yarın da,
Mən də onun ən ön sıralarında.
Ustad Xalq şairi Rəsul Rzanı xatırladım...
Xəbərlər çatdırım Sizə,
Sizin ardınızca ön sıraya çıxdıq, ustad!
Qondarma sərhədləri,
Səngərləri həmlə-həmlə yıxdıq, ustad!
Doğma yurdun havasında
Babaların nəfəsini duya-duya,
Elə o nəfəslə, o sevgiylə
Qalxdıq sıldırımları,
Qovuşduq ucalığa- Şuşaya!..
Çıxdıq Kəlbəcərə, Xankəndinə,
Üzü Zəngiyə, Laçına.
İmkan vermədik yurdumuza köçürülən haylar
Xaçlarını yamaya
Qədim Alban xaçına.
Yol açılmalıdır Naxçıvana!..
Neçə doğma məkana yol açılmalıdır-
İradə var, məram var!
O yurdlarda yollara baxan,
əlləri qoynunda neçə-neçə anam var!..
Aydınlıq gətirdik, ustad,
Tarixin qarışıq yoluna, izinə.
Vüqarla, açıq alınla baxdıq
Üfüqlərin, səhərlərin üzünə!
Uğurlar aldıq Qaf dağından.
Qorxmadıq mühitin, zamanın
Qaralığından, qaranlığından.
Şəhidsiz, qazisiz olmaz ki zəfər, bildik!
Birliyimiz olsun, şərin yolunu kəsər, bildik!
Ön sıradayıq, ustad,
Mübarizə meydanında!..
Hələ görüləcək çox işlər var
Məqamında, zamanında...
Durulacaq axarlarımız-
Yaranacaq yaşıl həyat.
Mübarizənin ön sırası
Bəzən öz yanınızdan keçir, ustad.
Mən də çalışdım ata kimi, yazar kimi,
Ön sıraya çıxdı
Yetirməmiz- neçə-neçə igid oğul-
Eldost, Sahib, Mənsur, Toğrul!
Bu gün də ön sırada
Vətənin xeyir-duası ilə
Alnı xınalı Vətən oğulları var!
Vətənin yolunda
Yanan işıqlardı
Vətən uğrunda döyüşə atılan oğullar!
Hələ neçə-neçə ön sıraya,
Neçə-neçə qələbəyə acıq.
O işıqların altından keçirik, gedirik sabahlara
Üzüağ, alnıaçıq...
***
Ustad, o ön sıraya
Bütöv bir xalq yürüdü.
Dedik, əzildik, qalxaq,
Kükrədi haqq, yürüdü!..
Sərkərdə bir cəsur ər,
Yumruğunu gördü şər!..
Bizi haqlı bilənlər,
Yaxın, uzaq yürüdü!
Ərlər döndü özünə-
Azərbaycan sözünə!..
Düşdü haqqın izinə,
Bir şanlı çağ, yürüdü!
Nida-bayraq bir ərdə,
Odur ulu sərkərdə!..
Sərkərdə neçə yerdə
Asdı bayraq, yürüdü!..
Şanlı tarixdən yenə,
Gör kim gəldi bu günə!
Neçə ulu ərənə, Çatdı soraq, yürüdü!..
Sönmüş ocaq, işıq var...
Oğul ki olmadı xar-
Yansın-, dedi-, işıqlar,
Oldu çıraq, yürüdü!..
Azmı haqları boğan?-
Bu yürüşə gəc baxan...
Vətən deyən qəhrəman,
Şərdən iraq, yürüdü!..
Bəy oğullar özləndi,
Ad-san ilə süsləndi!.
Zəfər kənd-kənd səsləndi,
Ocaq- ocaq yürüdü!..
Haqq üçün mübarizə,
Şərəfdir, şandır bizə!..
Tarix də üstümüzə Açdı qucaq, yürüdü!