CAVANLARA XİTAB
Mənim düşkün könlüm sizdən eləyir
Bufərz* olantəmənnanı, cavanlar.
Unutmayınbəsərsizdəndiləyır,
Elm, ədəb, həmirfani, cavanlar.
Bəşərgülsənininbülbülüsünüz,
Şanlı firqəmizinsagəlisiniz,
Zalıməllilərincəlladısınız,
Dəvasızlarındərmanı, cavanlar.
Carəsızdərdlərə çarə etməyə,
Quşuvurubhəmimdadayetməyə,
Həyatı ag, nə kiqarə etməyə
Sərf ediniz hər zamanı, cavanlar.
Yasayarsa bəşər, yaşar sizinlə,
Sogulmuş** çesmələr axar sizinlə,
Zalımlar geridən baxar, sizinlə
İnqilabın qəhrəmanı, cavanlar.
Çünki tələb edir zavallı bəşər,
Gərək keçə sizdən ona bir əsər.
Yoxsa qan aglayar yenə sərbəsər,
Olmaz da dərdinə çarə, cavanlar.
İstəsəniz, ölkəmiz, abad olar,
Ellərin məhbusları azad olar,
Onda da Vurgunun könlü sad olar,
Verər sizə can qurbanı, cavanlar.
1924
*Vacib, zəruri
**Qurumus, tutulmus
ƏYILMƏ!
Həyat! O çox zaman görünür iyrənc,
Bu səhnədə min bir qanlı pərdə var
Sən bu çətinliyə düssən də, ey gənc,
İçində saxlanan qüdrətə yalvar!
Zaman! O amansız, qatil bir düşkün
Bəzən dünyaları döyər şiddətlə.
Səni də məhv etmək istərsə bir gün,
Hər seyə qarşı çıx, həm də cürətlə.
Cürət! Odur bizi güldürən hər an,
Cürətsiz bir həyat məhv olur, inan.
İştə bu düsturu öyrənib də sən,
Ər oglu ər kimi tab et bəlayə.
Mən bu sözlərimlə nə dedim bil sən,
Çırpın üfüqlərə, uç etilayə!
Ey gənc! Səadəti bir xəyal bilmə,
Nə olursa-olsun, yalnız əyilmə!
[1927]
BAYRAM QABAĞI
Mayıs[1] üçün
Gənclər! Bu gün sizi ülvi, ziqiymət[2],
Bir gün qarşısında görürəm əlbət.
Həyata can verən bu qızıl sancaq[3],
Hörmətə şayestə[4], layiqdir ancaq.
Ey gənc! Unutma ki, hər səadəti,
Uğursuz bir qüvvə güdər, eşit ha!
İştə həyatın bu sərsəm adəti,
Tarixə kölgələr əks edər hala?!
Əvət zəman-zəman bu düsturi bən,
Düşündükcə bəza[5] qalıram məyus.
Vəqta bu acizlik çox da sürmədən,
Önümdə səslənir bu günə məxsus.
Əvət o... o böyük, o cəsur heykəl,
Diyor mətanəti gəl bəndən öyrən.
Oxuyun, öyrənin o dühayi siz,
Odur quranımız, odur ayəmiz.
Gənclər! Alovlardan xəlq olunduq biz,
Yaşamaq, yaşamaq, budur qayəmiz.
1928
[1]May
[2]Qiymətli, əlamətdar
[3]Bayraq
[4]Yaraşan, layiq
[5]Bəzən