“Ulduz” jurnalının 12-ci sayı artıq işıq üzü görüb. Jurnal akademik Nizami Cəfərovun “Hərənin öz ulduzu... və hamının bir “Ulduzu”” ekspert yazısı ilə açılır. “Ulduz”un noyabr sayında yazıları çap olunan müəlliflər “Ulduz”un bu sayını qaçırmasalar yaxşıdır.
Jurnalın “Özüylə söhbət..” rubrikasının qonağı Rübabə Sahibdir. Budəfəki “Şer vaxtı”ı Rəsmiyyə Sabirə işləyir. “Tərcümə saatı”da Ales Badakın “Yağışdan qurtulan gün” hekayəsi Kamran Nəzirlinin təqdimatında oxuculara təqdim olunur. Tərcüməçi Sultan Mərzili isə yapon şerinin yaradıcılıarından biri İsikava Takubokun həyat və yaradıcılığını və şeirlərini oxuculara təqdim edir.
“Ulduz” jurnalı ilə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin birgə layihəsi olan “Variasiya”da Çeslav Miloşun “Ars poetika” (Poeziya sənəti”) şerini dilimizə çevirənlər arsında qalib müəyyənləşdirildi.
“Müzakirə klubu”nda bu dəfə fantas yazıçı Vüsal Nurunun “Dorantağ” romanı müzakirəyə çıxarılıb.
“Dərgidə kitab”da isə bu dəfə Günel Eyvazlının hekayələri çap olunub.
“Ulduz”un “Tribuna”sı, “Təbriz eli”, “Qürbət şeirləri” də maraqlı müəlliflərlə oxucuların görüşünə gəlib.