i
GÖZ YAŞI
Görən nə söyləyir, axdıqca gözdən,
Gülüşmü, sevincmi,
Ahmı, kədərmi…
Nədən qərar tutmur
Səltənətində,
Bəlkə vəfasını göstərir mənə,
Bəlkə darıxmağa qoymayır məni,
Bəlkə dərdlərimi bölüşür mənlə,
Bəlkə mənimlədir,
Onun sevinci?
Bəlkə o mənimlə rahatlıq tapır,
Bəlkə yanağımda düşüb dincəlir,
Bəlkə yuvasından çıxıb qırağa,
Gəlir həmdəmini o, yoluxmağa?
Bəlkə də darıxır mənimçün hər gün,
Bəlkə hər gün gəlir mənlə görüşsün?
Bəlkə həmdərd bilir məni özünə,
Bəlkə,
Ehtiyac var, həmdərd sözünə?
Gəl dərdləşək,
Göz yaşı…
Sən naşı,
Mən naşı.
MƏKTUB
Səssiz qaranlıq, gecə...
Şam işığı, birdə mən,
Məktub yazıram sənə.
Qarşımda dəftər, qələm.
Dilimdə gileylərim,
Sinəmdə kədər, ələm.
Məktub yazıram,
Sənə...
Qaralır ağ vərəqlər,
Barmaqlarım incidir,
Vücudunu qələmin.
Dərdlərim qalaq-qalaq,
Ümidlər qucaq-qucaq
Şam işığı, bir də mən,
Gecə səssiz qaranlıq.
Məktub yazıram sənə...
Hərflərdən qurub söz,
Sözlərdən ifadəmi.
İfadələrdən qurub,
Öz həyat hekayəmi,
Ünvanlayıram sənə...
Yetşəcək bu məktub
Bir gün sənə,
Bilirəm.
Aç oxu sətir-sətir,
Aç oxu, arzu-arzu.
Aç oxu qurtum-qurtum.
Duzludurmu?
Gecə səssiz,
Qaranlıq.
Şam işığı bir də mən...
Xəyalımdasa sənsən.
Barmaqlarımı sıxan,
Qələm...
Qarşımda ağ vərəqlər,
Vərəqlərə hopmuş
Ağ ləkələr...
Gecə səssiz,
Qaranlıq.
Şam işığı,
Bir də Mən…
Bir də...
Xəyalımda Sən.
BÖYÜK ITKI
Yanır bağrım, daşır öfkəm.
Tut əlimdən möhkəm-möhkəm.
İnan olmur buna dözmək
Şairləri itirəndə.
Dağıma çən, duman düşür,
Göynəyir, qəlbim üşüyür.
Gözəl dünya, gözdən düşür,
Şairləri itirəndə.
Gözümdən axan qan olur,
Böyük dünya dalan olur.
Xoş güzəran yaman olur,
Şairləri itirəndə.
Dağlar necə danışacaq?
Qönçə açmamış solacaq .
Qarabağ qan ağlayacaq şairləri itirəndə…
QƏLBIMDƏKI SEVGININ ƏKSI
Yaxşı dinlə sözumü,
Ola bilsin bu sondur.
Səni sevə bilmədim,
Çox vaxt etsəm də məcbur.
Ürəyimdəki buzlar,
Ərimədi ahımdan.
Yalan imiş bu eşqim,
Keç mənim günahımdan.
Sənə aid hər nə var,
Silərək yaddaşımdan.
Bu gərəksiz oyunu,
Çıxarmışam başımdan.
Sənli xatirələri,
Büküb odlu kağıza,
Küləyə verəcəyəm,
Külü qarışsın toza.
Səni heç sevmədim ki,
Sevə bilmədim neynim.
Sənə olub əzəldən,
Nə bir hissim, nə meylim.
Ürəyimi susdurub,
Yummuşam gözlərimi.
Qorxuram ki, açarlar
Bu yalan sözlərimi.
***
Bu gecə, bir əsərdə
Yaşatdım ikimizi…
Bir sən idin, bir də mən
Bir də sevda dənizi.
Həddimizi aşmadan,
Yasanılan günləri
Qələmə dedim bir-bir.
O yazdi, mən danışdım,
Sənlə belə tanışdim…
Gizli görüşümüzdən,
Söyləmədim söz belə.
Sənsiz keçən günləri,
Sabahları, dünləri
Söyləmədim qələmə.
Qoy car çəkməsin dedim,
Sevgimizi aləmə.
Verdiyin ümidləri,
Pıçıldadim xəyalən.
Bir o bildi bir də mən.
Bu gecə əsər yazdim,
Sənə əsər etdimi,
Söylə bu, yazdiqlarim?
Haqlısan, yalan, desən.
Həmçinin haqliyam mən.
Özün yoxdun, xəyalin
Mənimləydi o gecə.
Xəyalınla, de əsər
Yazılmazmıydı səncə?
Hiss olundumu burda
Sənsizliyimin izi?
Bu cür yaranir demə,
Əsl eşq mənzərəsi.
Adı- sənsiz səninəm.
Sonda imzami qoydum,
Əsəri yazan, sənəm…
BAXIRDIN
Bilirsən, o üzün yadımdan çıxmır.
Gözlərin necə də baxırdı mənə.
Sanki, küsdüyümdən xəbərsiz kimi,
Biçarə, ümidlə baxırdın mənə.
Mənnən soyumusan indi, bilirəm,
O zaman hisslərim satmışdı məni.
Günahsız - günahsız baxsan da yenə,
Bilirdin, bilirdin sevirəm səni.
Mən küskün durmuşdum səndən aralı,
Sən mənə yaxındın xəyalın qədər.
Eşqimi dansan da təkidlə, inan
Sən xəbərdar idin hər şeydən o, an.