Abdullayev Gülhüseyn Hüseyn oğlu – ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1988), antisovet “İldırım” təşkilatının qurucularından biri.
1923-cü il oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olub. 3-4 yaşında ikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda alıb. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirib, aspiranturaya qəbul olunub, G.Hüseynoğlu bir neçə gənclə birgə “İldırım”(“Molniya”) adlı antisovet qrup yaratmağda günahlandırılıb. O, 1949-cu ildə Azərbaycan SSR C/M-nin 21-64,72-nin II hissəsi və 73-cü maddə ilə təqsirli bilinib, Ali Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilərək SSRİ DİN xüsusi düşərgəsinə göndərilib, şəxsiyyətə pərəstiş dövründə həbs olunub, 25 il azadlıqdan məhrum edilib. 1956-cı ildə ona tam bəraət verilib, aspiranturaya bərpa edilib. Universitetdə müəllim saxlanılıb.
Uzun illər universitetin Azərbaycan ədəbiyyatı kafedrasında professor vəzifəsində işləyib. Universitetin filologiya fakültəsi elmi şurasının üzvü olub. “Ana” adlı ilk hekayəsi 1944-cü ildə, “Bənövşə əfsanəsi” adlı ilk mənsur şeiri isə 1946-cı ildə çap olunub. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. M.Müşfiq barədə elmi monoqrafik əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəlli olub. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutub. Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınıb. Azərbaycan Yazıçılar İttifaqının V qurultayında İdarə Heyətinin üzvü olub. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında Yazıçılar Birliyi nəsr bölməsinin rəhbəri seçilib. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. İyirmidən çox kitabı kütləvi tirajla buraxılıb.
Əsərləri:
1. Xəzərin qoynunda, B., Uşaqgəncnəşr, 1957, 48 səh., 4500 nüs.
2. Bir ömrün çıraqları (hekayələr və povest), B., Uşaqgəncnəşr, 1958, 126 səh., 15000 nüs.
3. Poylunun gənc çobanı, B., Uşaqgəncnəşr, 1958, 36 səh., 3000 nüs.
4. Etiraf (hekayələr və mənsur şeirlər), B., Azərnəşr, 1961, 92 səh., 15000 nüs.
5. Nigarançılığın sonu (hekayələr və mənsur şeirlər), B., Azərnəşr, 1963, 75 səh., 10000 nüs.
6. Mənsur şeirlər, B., Azərnəşr, 1964, 44 səh., 17000 nüs.
7. Ay nur çiləyəndə (hekayələr və mənsur şeirlər), B., Azərnəşr, 1964, 88 səh., 10000 nüs.
8. Yaşatmaq üçün (hekayələr və mənsur şeirlər), B., Azərnəşr, 1966, 155 səh., 15000 nüs.
9. İtmiş keçi (hekayələr). B., Gənclik, 1967, 16 səh., 10000 nüs.
10. Müşfiq (həyat və yaradıcılığı), B., Azərnəşr, 1968, 107 səh., 20000 nüs.
11. İnsan (mənsur şeirlər), B., Gənclik, 1968, 32 səh., 17000 nüs.
12. Beşincilər (hekayələr), B., Gənclik, 1969, 36 səh., 15000 nüs.
13. Gözəl (mənsur şeirlər), B., Gənclik, 1970, 26 səh., 22000 nüs.
14. Sübh çağı, B., Gənclik, 1970, 46 səh., 18500 nüs.
15. Mücrü (mənsur şeirlər), B., Gənclik, 1972, 109 səh., 25000 nüs.
16. Seçilmiş əsərləri. B., Gənclik, 1974, 332 səh., 20000 nüs.
17. Ömrümüz boyu (mənsur şeirlər və hekayələr), B., Gənclik, 1978, 274 səh., 25000 nüs.
18. İnsanlar və dalğalar (hekayələr, povestlər, ssenarilər), B., Yazıçı, 1982, 316 səh., 30000 nüs.
19. Qatar gedir (mənsur şeirlər və hekayələr), B., Gənclik, 1983, 268 səh., 10000 nüs.
20. Simic (hekayələr), B., Gənclik, 1986, 20 səh., 100000 nüs.
21. Yana-yana (hekayələr, povestlər, mənsur şeirlər, ssenarilər), B., Yazıçı, 1986, 424 səh., 30000 nüs.
22. Çətin yol (hekayələr, sənədli povest, mənsur şeirlər), B., Gənclik, 1987, 184 səh., 30000 nüs.
23. M.Müşfiqin yaradıcılıq yolu (dərs vəsaiti), B., BDU nəşriyyatı, 1987, 112 səh. 500 nüs.
24. Kişi kimi, B., Gənclik, 1992, 90 səh., 10000 nüs.
25. Seçilmiş əsərləri (iki cilddə), I c., B., Azərnəşr, 1993, 340 səh., 9500 nüs.
26. Seçilmiş əsərləri (iki cilddə), I c., B., Azərnəşr, 1993, 439 səh., 9500 nüs.
27. Məhəbbətdirmi bu, B., Gənclik, 1996, 452 səh., 1000 nüs.
28. Mikayıl Müşfiq (albom-kitab), B., İşıq, 1999, 152 səh., 1000 nüs.