MİKAYIL MÜŞFİQ
(1908-1938)
İsmayılzadə Mikayıl Əbdülqədir oğlu – şair, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
1908-ci il iyunun 5-də Bakı şəhərində ziyalı ailəsində doğulub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931).
Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeirilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış eedib. O, bədii tərcümə ilə də ciddi məşğul olub. XDİK 3 iyun 1937-ci il 508 saylı “Order” yazılıb, 4 iyununda də isə həbs edilib. Bundan sonra o, SSRİ Ali Məhkəməsinin Səyyar Hərbi Kollegiyasının 5 yanvar 1938-ci il 20 dəqiqəlik məhkəməsi İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlunun güllələnməsi hökmü ilə başa çatıb. Hökm yanvar ayının 6-a keçən gecə həyata keçirilir. 1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnib. Əbədiləşdirmək üçün Bakıda vp Xızıda büstü qoyulub, məktəbə, küçəyə və meydana adı verilib.
Əsərləri:
- Küləklər (şeirlər), B., Azəməşr, 1930, 121 səh., 2000 nüs.
- Günün səsləri, B., Azənəşr, 1930, 130 səh., 3000 nüs.
- Buruqlar arasında (poema), B., Azərnəşr, 1932, 47 səh., 3000 nüs.
- Vuruşmalar, B., Azərnəşr, 1932, 36 səh., 5000 nüs.
- Pambıq (şeir), B., Azərnəşr, 1932, 15 səh., 5000 nüs.
- Bir may, B., Azərnəşr, 1932, 14 səh,, 4000 nüs.
- Şeirlər, B., Azərnəşr, 1934, 172 səh., 4000 nüs.
- Qaya (poema), B., Azərnəşr, 1935, 29 səh., 6000 nüs.
- Kəndli və ilan (el nağılı), B., Azərnəşr, 1935, 18 səh., 5000 nüs.
- Şəngül, Şüngül, Məngül, B., Azənəşr, 1934, 10000 nüs.
- Seçilmiş əsərləri (iki cilddə) I c., B., Azərnəşr, 1957, 192 səh., 20000 nüs.
- Şəngül, Şüngül, Məngül, B., Uşaqgəncnəşr, 1960, 16 səh., 50000 nüs.
- Seçilmiş əsərləri, (iki cilddə), II c., B., Azərnəşr, 1960, 424 səh., 20000 nüs.
- Kəndli və ilan. Şəngülüm, Şüngülüm, B., Azərnəşr, 1965, 32 səh., 50000 nüs.
- Kəndli və ilan, B., Azərnəşr, 1966, 16 səh., 50000 nüs.
- Teleqraf telləri, B., Azənəşr, 1966, 80 səh., 15000 nüs.
- Şəngül, Şüngül, Məngül, B., Gənclik, 1968, 16 səh., 50000 nüs.
- Duyğu yarpaqları, B., Azərnəşr, 1966, 250 səh.,15000nüs.
- Əsərləri (üç cilddə), I c., B., Azərnəşr, 1968, 367 səh., 20000 nüs.
- Əsərləri (üç cilddə), II c., B., Azərnəşr, 1970, 335 səh., 20000 nüs.
- Əsərləri (üç cilddə), III c., B., Azərnəşr, 1973, 354 səh., 25000 nüs.
- Yenə o bağ olaydı, Gənclik, 1976,166 səh., 20000 nüs.
- Əbədiyyət nəğməsi, B., Yazıçı, 1978, 309 səh.,25000 nüs.
- Qaya, B., Maarif, 1978, 118 səh., 35000 nüs.
- Kəndli və ilan, B,, Gənclik, 1984, 13 səh., 50000 nüs.
- Şəngül, Şüngül, Məngül, B., Gənclik, 1983, 16 səh.,50000 nüs.
- Kəndli və ilan, B., Gənclik, 1984, 16 səh., 50000 nüs.
- Könlümün dedikləri (şeirlər), B., Gənclik, 1988, 56 səh., 17000 nüs.
- Həyat sevgisi (şeirlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar), B., Yazıçı, 1988, 304 səh.,20000 nüs.
Tərcümələri:
- Yeqişe Çarens. Şeirlər, B., Azərnəşr, 1934, 54 səh., 2000 nüs.
- Taras Şevçenko. Kobzar, B., Azərnəşr, 1934, 85 səh., 2000 nüs. (şərikli)
- A.Puşkin. Qaraçılar, B., Azərnəşr, 1930, 30 səh., 3000 nüs. (şərikli)
- S.Marşak. Huşsuza bax, huşsuza, B., Azərnəşr, 1935, 10 səh., 6000 nüs.
- S.Marşak. Huşsuza bax, huşsuza, B., Azərnəşr, 1936, 14 səh., 7000 nüs.
- A.Puşkin. Qaraçılar, B., Azərnəşr, 1037, 30 səh., 10000 nüs. (şərikli)
- M.F.Axundov. Şərq poeması, B., Azərnəşr, 1937, 31 səh., 5000 nüs.