Mahmudzadə Ələkbər Mahmud oğlu – tənqidçi, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1906-cı ildə Cənubi Azərbaycanda, Təbriz şəhərində doğulub. Burada “Mədrəseyi-Nicat”da ilk təhsilini farsca alıb. Sonra Batumidə yaşadığı dövrdə rus dilini öyrənib, yeni əlifba komitəsində fəal çalışıb (1916-1922). Ədəbi yaradıcılığa da 1921-ci ildə “İştirak” qəzeti səhifələrində dərc etdirdiyi şeir və məqalələrlə başlayıb. Taleyini proletar Bakısı ilə bağladıqdan sonra “Yeni yol”, “Kommunist” qəzeti səhifələrində tez-tez çıxış edib. Burada pedaqoji texnikumu bitirib Leninqrad Şərqşünaslıq İnstitutuna daxil olub (1925). Tələbə ikən Türkiyəyə elmi ezamiyyətə göndərilib (1927). Moskva Kommunist Akademiyasında aspirant, elmi işçi, SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi olub (1927-1932). Bakıya köçəndən sonra Azərbaycan Elmi-Tədqiqat İnstitutu Ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb. Orta məktəbin yuxarı sinif şagirdləri üçün ədəbiyyat müntəxəbatı tərtib edib, Hənəfi Zeynallı ilə şəriki dərslik də hazırlayıb (1936). Burada ədəbiyyat nəzəriyyəsi, poetika, ədəbiyyat tarixi və digər kurslarda mühazirələr oxuyub. Eyni zamanda “Ədəbiyyat ensiklopediyası”nın redaktoru olub. O, Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və ədəbi mətbuat orqanı redaksiya heyətlərinin üzvü seçilib.
Əli Nazim Azərbaycan SSR cinayət məcəlləsinin 72-73-cü maddələri ilə təqsirli bilinib və onu cinayət məsuliyyətinə cəlb etmək üçün arayış yazılıb. Həmin arayışı, 17 mart 1937-ci il tariхdə təhlükəsizlik mayoru Gerasimovun təsdigilə verərək, Ə.Nazimi həmin günü həbs ediblər. Həbs olunan günün sabahı evində aхtarış aparılıb.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası 13 oktyabr 1937-ci il tariхdə keçirdiyi 15 dəqiqəlik məhkəmə iclasında Ə.Nazimi 10 il müddətinə azadlıqdan məhrum ediblər.
Ə.Nazim yeganə güllələnməyə məhkum olunmayanlar sırasında olan müttəhimlərdəndir ki, hökm oхunandan sonra həyat yoldaşını vətən хaini kimi həbs ediblər. Xatırladaq ki, müхtəlif müddətə həbs olunmuş şəхslərin həyat yoldaşlarına vətən хaini damğası vurub həbs etmirdilər. Bu ancaq güllələnməyə məhkum olanların həyat yoldaşlarına, uşaqlarına, bacı və qardaşlarına şamil edilirdi. O zaman yalnız güllələnməyə məhkum olanların həyat yoldaşlarına 8-10 il həbs cəzası verilir, uşaqlarını isə müxtəlif əmək düşərgələrinə və uşaq evlərinə göndərirdilər. Həmin sənədlərin arasında 9 dekabr 1937-ci il tariхli protokoldan çıхarışda oхuyuruq: "1907-ci ildə anadan olmuş, Stefanida Semenovna Mahmudzadəyə 6737 saylı iş ilə əlaqədar – vətən хainin ailəsinin üzvü kimi islah əmək düşərgəsinə göndərilməklə beş il həbs kəsilsin. 15 oktyabr 1937-ci ildən həbs günü hesablansın".
1941-ci ildə Bakıda vəfat etmişdir.
Əsərləri:
Seçilmiş əsərləri, B., Yazıçı, 1979, 374 səh., 8000 nüs.