Şəmsızadə Əli Məşədi Yəhya oğlu (1886-1939) – şair, publisist, 1934-cü ildən AYB-nın üzvü
1886-cı ildə Azərbaycanın Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olub. Rus-tatar məktəbində təhsil alıb. Sovet hakimiyyəti illərində "Yeni Gəncə", "Qızıl talış" (Lənkəran), "Mədəni hücum (Bakı) qəzet və jurnallarında məsul katib, redaktor işləyib. Firdovsinin "Şahnamə"sindən tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi seçilib (1934). "Dabanıçatdax xala və heyvərə" (1912), "Dabanıçatdax xala" (1936), "Seçilmiş əsərləri" (1936), "Nalələrin, fəqanların" (1992) kitablarının müəllifidir. Cəza tədbirləri illərində həbs olunub və ölüm hökmü verilib.
Əli Razınin evi idi. Artıq şairi həbs etmək üçün 8 yanvar 1937-ci il tariхdə Kirovabad (Gəncə) şəhər Dövlət təhlükəsizlik müstəntiqi Məmməd Məmmədov tərəfindən hazırlanan qərar şəhər təhlükəsizlik idarəsinin rəisi, baş leytenant Qamrekeliyə təsdiqə təqdim edilir.
Əli Razinin həbsi üçün order yazılır.
Azərbaycan SSR prokuror köməkçisi, şöbə rəisinin müavini Yaravoy, Respublika prokuror əvəzi Pinkis ilə razılaşdırılaraq 2 mart 1937-ci ildə qərara alır:
"Əli Razi Şəmsizadənin Azərbaycan SSR c/m 75-ci maddəsinə əsasən işi dayandırılsın. 11251 saylı işi arхivin VIII şöbəsinə göndərilsin və həbsdən azad edilsin..."
Əli Razinin sevinci uzun sürmür. Yalnız həbsdən azad edilməsindən 3 ay 27 gün keçdikdən sonra artıq Ə.Razini evdən aparmağı məqsədəuyğun saymırlar, onu 29 iyul 1937-ci il tariхdə XDİK-ya şahid qismində dəvət edərək, həbs ediblər. Həmin gün də Əli Razinin həbsi üçün 155-saylı order yazılıb.
Azərbaycan SSR prokuror köməkçisi, şöbə rəisinin müavini Yaravoy, Respublika prokuror əvəzi Pinkis ilə razılaşdırılaraq 2 mart 1937-ci ildə qərara alıb: "Əli Razi Şəmsizadənin Azərbaycan SSR c/m 75-ci maddəsinə əsasən işi dayandırılsın. 11251 saylı işi arхivin YIII şöbəsinə göndərilsin və həbsdən azad edilsin..."
7 yanvar 1938-ci ildə Şəmsizadə Əli Razi Yəhya oğlunun Azərbaycan cinayət məcəlləsinin 64, 70,73 maddələri ilə işinə baхılıb və aşağıdakı qərar çıхarılıb: “1936-cı ildən əksinqilabi fəaliyyəti, terrorçuluq, diversiya (təхribatçılıq) ilə burjua-millətçi təşkilatın üzvü kimi, həmçinin silahlı üsyana hazırlıq görülməsində Sovet hökumətinə qarşı apardığı təbliğata görə ğüllələnməyə məhkum edilir.”
Əsərləri:
1. Dabanıçatdax xala və heyvərə, Gəncə , 1912, 23 səh.
2. Dabanıçatdax xala (şeirlər), B., Azərnəşr, 1936, 123 səh., 5000 nüs.
3. Seçilmiş əsərləri, B., Azərnəşr, 1936, 158 səh., 10000 nüs.
4. Nalələrim, fəqanlarım, B., Elm, 1992, 116 səh., 2200 nüs.