Vəliyev Süleyman Vəli oğlu – nasir, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Əməkdar mədəniyyət işçisi (1977), əmək veteranı (1976), əməkdar incəsənət xadimi (1987), müharibə veteranı (1981)
1916-cı il dekabrın 21-də Bakı yaxınlığındakı Ramana qəsəbəsində anadan olmuşdur. Ramana və Sabunçu qəsəbə məktəblərində orta təhsil aldıqdan sonra neft mədənlərində fəhləlik etmişdir. Lökbatanda çoxtirajlı “Neft uğrunda” qəzetinin, “Kommunist”, “Azərbaycan gəncləri” qəzetlərinin, “İnqilab və mədəniyyət” jurnalının redaksiyalarında ədəbi işçi olmuşdur. Azərbaycan Yazıçılar Birliyində ölkə müdafiə ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləmişdir. İkinci Dünya müharibəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada Müqavimət hərəkatında iştirak etmişdir. Repressiyaya məruz qalmışdır. 1949-cu illərdə M.F.Axundov adına Pedaqoji İnstitutda təhsil almışdır. Arabir işləməyib yaradıcılıqla məşğul olmuşdur. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor vəzifəsində çalışmışdır (1958-1963). Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işləmişdir (1963-1987). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, “Azərbaycan” jurnalı redaksiya heyətinin, Azərbaycan Ədəbiyyat Fondu Rəyasət Heyətinin üzvü olmuşdur. SSRİ Yazıçılar Birliyinin VI və VII qurultaylarının nümayəndəsi olmuşdur. “Əmanət kassası” adlı ilk hekayəsi 1932-ci ildə “Hücum” jurnalında çapdan çıxmışdır. İlk povesti isə “Bığlı ağa” (1937) adlanır. Bu vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Azərbaycanın Günahsız Siyasi Qurbanları Assosiasiyası Rəyasət Heyətinin üzvü olmuşdur. (1994-cü ildən). Onun əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunub. Bədii yaradıcılığında tərcümə də mühüm yer tutub. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967-1986), “Xalqlar dostluğu” ordeni (1984) və medallarla təltif olunmuşdur.
1996-cı il martın 7-də Bakıda vəfat etimşdir. Burada II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsərləri:
Bığlı ağa, B., Azərnəşr, 1937, 93 səh., 4000 nüs.
Şor cüllütü (hekayə), B., Uşaqgəncnəşr, 1939, 64 səh., 4000 nüs.
Molla Məmiş və sandıq, B., Uşaqgəncnəşr, 1939, 28 səh., 4000 nüs.
Səadət yollarında (povest, hekayə və oçerklər), B., Azərnəşr, 1957, 204 səh., 10000 nüs.
Şor cüllütü, B„ Uşaqgəncnəşr, 1957, 88 səh., 14000 nüs.
Əncir ağacı (hekayələr, xatirələr), B., Uşaqgəncnəşr, 1959, 102 səh., 7000 nüs.
Mübahisəli şəhər (roman), B., Azərnəşr, 1962, 259 səh., 20000 nüs.
Bir səhəng su, B., Azərnəşr, 1963, 89 səh., 10000 nüs.
Məhəbbət buzu əridir, B., Azərnəşr, 1964, 92 səh., 5000 nüs.
Seçilmiş əsərləri, B., Azərnəşr, 1966, 535 səh., 10000 nüs.
Düyünlər (roman), B., Azərnəşr, 1970, 259 səh., 20000 nüs.
Gül dəstəsi, B., Gənclik, 1972, 190 səh., 15000 nüs.
Mübahisəli şəhər (roman və povest), B., Azərnəşr, 1974, 382 səh., 20000 nüs.
Düyünlər (hekayələr, povestlər, roman), B., Gənclik, 1978, 472 səh., 10000 nüs.
Həyatın dadı (povest və hekayələr), B., Gənclik, 1980, 276 səh., 10000 nüs.
Daşlı bulaq (roman), B., Gənclik, 1983, 356 səh., 30000 nüs.
Seçilmiş əsərləri (iki cilddə), I c., B., Yazıçı, 1983, 518 səh., 30000 nüs.
Seçilmiş əsərləri (iki cilddə), II c., B., Yazıçı, 1983, 436 səh., 30000 nüs.
Daşlı bulaq, B., Yazıçı, 1987, 688 səh., 10000 nüs.
"Qanadı sınmış quş" da uçarmış, B., Gənclik, 1989, 420 səh., 30000 nüs.