Vəzivov Yusif Mirbaba oğlu – nasir, publisist, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvii
1887-ci il sentyabrın 12-də Azərbaycanın Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini mollaxanada almış, sonra isə atası ona fars dilini və klassik ədəbiyyatı öyrətmişdir. Yenicə açılmış rus-tatar məktəbində bir il oxuyandan sonra Şuşa realnı məktəbinin hazırlıq şöbəsinə daxil olmuş, ancaq beşinci sinifdən oranı tərk etmişdir. Aşqabada getmiş, inqilabi hərəkata qoşulmuşdur. 1906-cı ildə Bakıya qayıtmışdır. Burada realnı məktəbin altıncı sinfində təhsilini davam etdirmişdir. Həmin il ilk mətbu məqaləsi “Molla Nəsrəddin” jurnalında dərc olunmuşdur. Bakı realnı məktəbini bitirəndən sonra (1909), Daşkənddə gimnaziyada imtahan verib universitetə daxil olmaq hüququ qazanmışdır (1910). Kiyev imperator universitetinin hüquq şöbəsinə daxil olmuşdur. Birinci Dünya müharibəsi başlananda Kiyev Universiteti Saratova köçürüldüyündən (1915) buranı bitirib bir müddət Saratov şəhər məhkəmə palatasında, şəhər yerli idarəsində işləmişdir. Sonra Rovno, Buqaç şəhərlərində mülki işlərə baxan idarədə, daha sonra Simferopolda hüquq direktoratında vəkil-məsləhətçi işləmişdir. 1919-cu ildə Odessadan İstanbula, oradan Bakıya qayıtmışdır. Burada müvəqqəti hökumət onu Türkiyəyə elçi-səfir təyin etmişdir, çox keçmədən istefa vermişdir (1920), Parisə gedib orada gününü Fransa milli kitabxanasında keçirmiş, çoxlu mütaliə etmişdir. Paris yaxınlığında kiçik Klişi şəhərindəki zavodda üç il fəhlə işləmişdir. Orada siyasi fəaliyyətinə görə işdən çıxarılmış, işsiz qalmışdır. Fransa Kommunist partiyasının orqanı olan “Paris xəbərləri” qəzeti redaksiyasında işləmişdir. “Şərq məktubları”nı onun səhifəsində dərc etdirmişdir. Vətənə qayıdıb Bakıda “Bakı işçisi” kooperativ nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1926-1927), Azərbaycan Dövlət Plan Komitəsində ictimai-mədəni bölmənin əməkdaşı, eyni zamanda Azərbaycan Dövlət Universitetinin aspirantı (1927-1930) olmuşdur. Azərbaycan Dövlət Sənaye İnstitutunda dil və ədəbiyyat kafedrasında assistent-müəllim (1930-1935), Azərnəşrdə tərcüməçi-redaktor (1935-1938), Özbəkistanın Ürkənc şəhərində, Xarəzm Vilayət Pedaqoji İnstitutunda rus dili müəllimi (1938-1939) işləmişdir.
1943-cü il yanvarın 3-də vəfat etmişdir.
Əsərləri:
İki hekayə, B,, Səda, 1911, 24 səh.
Məlik Məhəmməd, B., Kaspi, 1911, 32 səh.
Yeddi hekayə, B., Orucov qardaşları mətbəəsi, 1912, 43 səh.,
Üç hekayə, B., Səda, 1912, 32 səh.
Arvadlarımın halı, B,, Orucov qardaşları mətbəəsi, 1913, 36 səh.
Qanlı göz yaşları, B., Orucov qardaşları mətbəəsi, 1913, 32 səh.
Həyat səhifələri, B., Orucov qardaşları mətbəəsi, 1913, 47 səh.
Cənnətin qəbzi, B., Orucov qardaşları mətbəəsi, 1913, 55 səh.
Azərbaycan ədəbiyyatına bir nəzər, İstanbul, Amirə, 1918, 103 səh.
Litva tatarları tarixi, Krım, Litva tatarları cəmiyyəti, 1919, 25 səh.
Cənnətin qəbzi, B., “Bakı fəhləsi" kooperativ nəşriyyatı, 1923, 44 səh.
Keçmiş səhifələr, B., “Bakı işçisi” kooperativ nəşriyyatı, 1926, 100 səh., 4.000 nüs.
Keçmiş səhifələr, B., “Bakı işçisi" kooperativ nəşriyyatı, 1926, 130 səh., 6,000 nüs.
Məlikməmməd, B., “Bakı işçisi” kooperativ nəşriyyatı, 1926, 16 səh.
Cənnətin qəbzi, B., Azərnəşr, 1927, 27səh., 3000 nüs.
Arvadlarımın halı, B., Azərnəşr, 1928, 37səh., 3000 nüs.
Studentlər, B., Azərnəşr, 1930, 170 səh., 3000 nüs.
Qazanc yolunda, B., Azərnəşr, 1930, 94səh., 3000 nüs.
Qaranlıqdan işığa, B., Azərnəşr, 1932, 48 səh., 3000 nüs.
Qızlar bulağı, B., Azərnəşr, 1934, 162səh., 5000 nüs.
Yaramaz, B., Azərnəşr, 1934, 98 səh., 4000 nüs.
Studentlər, B., Azərnəşr, 1935, 190 səh., 4000 nüs.
Studentlər, B., Azərnəşr, 1936, 256 səh., 5200 nüs.
Cənnətin qəbzi, B., Azərnəşr, 1937, 36səh., 6000 nüs.
Cənnətin qəbzi, B., ADU-nun nəşri, 1957, 44 səh., 15000 nüs.
Qızlar bulağı, B., Azərnəşr, 1964, 188səh., 20000 nüs.
Məlikməmməd, B., Azərnəşr, 1965, 15səh., 15000 nüs.
Cənnətin qəbzi, B., Azərnəşr, 1965, 48səh., 8000 nüs.
Bir cavanın dəftəri, B., Azərnəşr, 1966, 124 səh., 10000 nüs.
Əsərləri (Üç cilddə), I c., B., EA nəşri, 1966, 510 səh., 10000 nüs.
Romanlar, B., Azərb.SSR EA nəşri, 1968, 467 səh., 15300 nüs.
Qan içində, B., Azərnəşr, 1967, 243 səh., 30000 nüs.
Qayınananın oyunları, B., Gənclik, 1970, 72 səh., 17000 nüs.
Ayrılıq axşamı, B., Gənclik, 1971, 101 səh., 20000 nüs.
Qızlar bulağı, B., Gənclik, 1972, 156səh., 50000 nüs.
Seçilmiş əsərləri (üç cilddə), I c., B., Gənclik, 1976, 142 səh., 20000 nüs.
Əsərləri (üç cilddə), II c., B., Elm, 1976, 746 səh., 15700 nüs