Nemanzadə Ömər Faiq — publisist. 1872-ci il mayın 24-də Gürcüstanın Tiflis quberniyasının Axalsix uyezdinin Azqur kəndində anadan olmuşdur. Türkiyədə İstanbulun «Fateh» dini məktəbinə daxil olmuş, sonra «Darüşşəfəq»ə dəyişilmiş, oranı bitirmişdir. Nuxa, Şamaxı, Gəncə şəhərlərində müəllimlik etmişdir (1894-1903). Tiflisdə «Şərqi-rus» qəzeti redaksiyasının əməkdaşı, «Molla Nəsrəddin» jurnalının mühərriri olmuşdur. Bakıda «Zəhmətkeşlərin gözü» jurnalının redaktoru, Gəncə kənd təsərrüfatı texnikumunun direktoru vəzifəsində çalışmışdır. «Dəvəti-nəşri-asarə» (1905), «Üçüncü il» (1927), «Əsərləri» (1983), «Xatirələrim» (1985), «Seçilmiş əsərləri» (1992) kitablarının müəllifi olmuşdur. 1937-ci il iyulun 16-da cəza tədbirləri dövründə həbs edilmiş, həmin ilin oktyabr ayının 10-da güllələnmişdir.