MÖVLUD SÜLEYMANLI (d. 1943) Balakişiyev Mövlud Süleyman oğlu - nasir, dranaturq, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublika Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı Laureatı (1974), M.Qorki adına Ümumittifaq ədəbi müsabiqəsinin laureatı (1983), Əməkdar incəsənət xadimi, "Qızıl sünbül" adəbi mükafatının laureatı (1991). Azərbaycan Xalq yazıçısı (2006). |
İSA HÜSEYNOV (d. 1928) Hüseynov İsa Mustafa oğlu nasir, ssenarist, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan İncəsənət xadimi (1976), Azərbaycan Xalq yazıçısı (1988). "İstiqlal" ordeni ilə təitif olunub (1988). |
VAQIF SƏMƏDOĞLU (d. 1939) Vəkilov Vaqif Səməd oglu – şair, dramaturq, publisist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın Xalq şairi (1999), Milli Məclisin deputatı (2000,2005). “Sərəf” ordeni ilə təltif olunub (2009). |
MƏMMƏD ARAZ (1933-2004) İbrahimov Məmməd İnfil oğlu – şair, tarcüməçi, publisist, 1957-ci ildən Azərbaycan Yazıcılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar mədəniyyət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın Xalq şairi (1991). "Istiqlal" ordeni ilə təltif olunub (1995). |
HÜSEYN ARİF (1924-1992) Huseynzada Hüseyn Camal oğlu – şair, 1949-cu ildən Azərbaycan Yazıcılar Birliyinin üzvü, "Qızıl oraq" mükafatı lau¬reatı (1971), Azərbaycan Dövlət mükafatı laureatı (1978), Azərbaycanən Xalq şairi (1989). |
SÜLEYMAN RÜSTƏM (1906-1989) Rüstəmzadə Süleyman Əliabbas oğlu – şair, dramaturq, 1934-cü ildən ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), Azərbaycanın xalq şairi (1960), SSRİ dövlət Mükafatı Laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). |