XANIMANA ƏLİBƏYLİ |
|
Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi, görkəmli uşaq şairi və dramaturqu Xanımana Sabir qızı Əlibəyli 20 aprel 1920-ci ildə Bakı şəhərində zəngin mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi -Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedada malik olan Xanımana nənə hərdən şeir də yazarmış. Atası Sabir bəy Əlibəyov Sankt-Peterburq Universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüqüqşünaslarından biri kimi tanınırdı. |
MƏMMƏD RAHİM (1907-1977) |
|
Hüseynov Məmməd Abbas oğlu – şair, 1934-cü ildən AYB-nın üzvü, Azərbayjanın xalq şairi (1957), Azərbaycanın Əməkdar İnjəsənət xadimi (1940), Dövlət Mükafatı Laureatı (1949). 1907-ci il aprelin 20-də Bakıda anadan olmuşdur. APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş (1928), eyni zamanda «Azərnəşr»də tərcüməçilik etmişdir (1928-1931). Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri, poeziya bölməsinin rəhbəri və təşkilat katibi (1938-1940), müdafiə bölməsinin rəhbəri (1941-1946), həm də İranda xüsusi ezamiyyətdə olmuşdur. Müəyyən fasilələrdən sonra yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir (1947-1950); (1951-1952). |
MİRZƏ İBRAHİMOV (1911-1993) |
|
İbrahimov Mirzə Əjdər oğlu – nasir, dramaturq, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1961), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979), Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1941), Sosialist Əməyi Qəhrəmanı (1981), SSRİ xalq deputatı (1989). |
NƏBİ XƏZRİ 1924 |
|
Babayev Nəbi Ələkbər oğlu — şair, nasir, dramaturq, publisist, tərjüməçi, 1947-ci ildən AYB-nın üzvü, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı (1968), SSRİ Dövlət mükafatı laureatı (1973), Azərbaycan Dövlət mükafatı laureatı (1982), Azərbaycanın Əməkdar injəsənət xadimi (1979), Azərbayjanın Xalq şairi (1984). |
RÜSTƏM İBRAHİMBƏYOV 1939 |
|
İbrahimbəyov Rüstəm Məmmədibrahim oğlu – nasir, dramaturq, ssenarist, 1969-cu ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi, Ümumittifaq Komsomolu mükafatı laureatı (1980), Azərbaycan Dövlət mükafatı laureatı (1980), Rusiyanın Dövlət mükafatı laureatı (1994-1996). |
RƏSUL RZA (1910-1981) |
|
Rzayev Rəsul İbrahim oğlu – şair, dramaturq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1945). |
SƏMƏD VURĞUN (1906-1956) |
|
Vəkilov Səməd Yusif oğlu – şair, dramaturq, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, publisist, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı (1941-1942), Azərbaycan EA həqiqi üzvü (1945), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), filologiya elmləri fəxri doktoru (1956), Azərbaycanın Xalq şairi (1956). |
SÜLEYMAN RÜSTƏM (1906-1989) |
|
Rüstəmzadə Süleyman Əliabbas oğlu – şair, dramaturq, 1934-cü ildən ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), Azərbaycanın xalq şairi (1960), SSRİ dövlət Mükafatı Laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). |
BƏXTİYAR VAHABZADƏ (1925-2009) |
|
Vahabzadə Bəxtiyar Mahmud oğlu — şair, dramatur, ədəbiyyatşünas, 1945-ji ildən AYB-nın üzvü, Azərbayjanın xalq şairi (1984), f.e.d. (1964), professor, AMEA həqiqi üzvü (2000), Azərbayjan Əməkdar İnjəsənət xadimi (1974), Azərbayjanın Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1988), Azərbayjan Respublikası Ali Sovetinin deputatı (1990), Milli Məjlisin üzvü (1995, 2000). |
MEHDİ HÜSEYN (1909-1965) |
|
Hüseynov Mehdi Əli oğlu – nasir, dramaturq, tənqidçi, 1943-cü ildən AYB-nın üzvü, SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycanın xalq yazıçısı (1964). |