Azərbaycan Yazıçılar Birliyinin Ədəbi seksiyalarının "Müzakirə klubu" lahiyəsi çərçivəsində növbəti diskusiya keçirilib.
Bu dəfəki müzakirənin mövzusu, yaxınlaşan Xalq Yazıçısı İsa Muğannanın yaradıcılığına həsr olunmuş iki əsərin - Xalq Şairi Zəlimxan Yaqubun "Ün" poemasının və şair Barat Vüsalın "Kufə əhli" şeirlər toplusu olub.
İLQAR FƏHMİ:
Əvvala hamınızı salamlayıram. Burda biz az rəsmi görsənsədə, əslində bizim bu müzakirə klubu lahiyəsində əsas məqsədimiz Yazıçılar Birliyinin seksiyalarının fəaliyəti nəticəsində həm bu seksiyaların fəaliyyətini genişləndirmək, həm də ümumiyyətlə əsər yazan müəlliflərin öz əsərlərinin hansısa formada müzakirəsini keçirtməkdi. Insan üçün əsəri yazandan sonra, onun hansısa reaksiyası, hansısa formada müzakirəsi, onun həm stimul verilməsi baxımından əhəmiyyətli, eyni zamanda gələcək əsərləri üçün hansısa bir iradlarımız olacaq müzakirələr baxımından çox əhəmiyyətlidir. Həm də ədəbiyyat aktuallaşdırmaq, papuyarlaşdırmaq baxımından. Çünki biz həmişə görürük , özümüz də həmişə şikayət edirik ki, yüngül ədəbiyyat nümunələri, yüngül sayılan hansısa bir sayıtlar ən yüngül şeyləri yüksək səviyədə reklam edirlər . Görürsən ki, yaxşı əsər qalıb o zəifin kölgəsində. Yəni təbliğat baxımından.Ona görə qərara gəldik ki, belə bir lahiyə edək , yaxşı saydığımız əsərləri təbliq edək, geniş tamaşa kütləsi görsün ki, göz qabağında təkcə zəiflər, yüngüllər deyil. Bilirik ki, yazıçımız İsa Muğannanın ildönümü yaxınlaşır bir neçə aydan sonra və bu müddət ərzində onun sağ vaxtında da vəfat edəndən sonrada yaradıcılığına, fəlsəfəsinə çoxlu kitablar həsr olunub. Əsərlər, şeirlər, məqalələr yazılıb. Və bunlardan biz son dövrlərdə çap olunan ikisini nümunə kimi götürdük. Bunlardan biri Zəlimxan müəllimin poemasıdır, biri də Barat Vüsalın “Külfə Əhli “ kitabıdır. Və bunlar ikisidə İsa Hüseynovun yaradıcılığına, şəxsiyyətinə, fəlsəfəsinə həsr olunub. Və burada biz niyə görə müzakirələri dar miqyasda edirik, çünki bunlar yazılıb internetə qoyulacaq. Çünki rəsmi təbliqatlarda bir az adam çalışır qısa danışsın 2-3 dəqiqə, kitab haqqında, əsər haqqında. Tam fəlsəfi fikirlərini açıqlaya bilmir. Amma belə dar çərçivələr müzakirələrdə daha geniş formada fikrini açıqlaya bilir. Ona görə də belə bir fikir irəli sürdük. Və yaxşıda qarşılandı. Bu günkü də haqqında danışdığımız mövzu haqqında deyə bilərəm ki, . ümumiyyətlə hər iki əsər- istər Zəlimxan müəllimin poeması, istər Vüsalın “Külfə Əhli” kitabı,hər biri İsa Muğananın şəxsiyyətinə böyük hörmətdən və fəlsəfi böyük ehtiramdandır. Amma hər biri də həmin fəlsəfi konkret bir ziyalı, bir düşünən insan süzgəcindən keçib ortaya qoyduğu düşüncələrdi, fikirlərdi. Yəni hər birimizin içində özümüzün bir “İdeal”ı var, özümüzün bir “Muğanna”sı var. Ola bilər onlar bir-birindən fərqlənsin. Yəni bizim hər birimizin içindəki İsaMuğanna və İdeal obrazı bir-birinə bənzəməsinin maraqlığı, böyüklüyü əslində bundan ibarətdi. Çünki hər hansı bir obraz, hər hansı fəlsəfə müxtəlif insanlarda, müxtəlif hisslərdə, müxtəlif duyğular yaradırsa bu onun böyüklüyünün möhtəşəmliyinin nümunəsidir. Mən istəyirəm söhbətə yaşca ən böyüyümüz olan Əlirza bəydən başlayaq. Əlirza müəllim həm İsa Muğanna, həm dəVüsal Barat şəxsiyyətinə çox hörməti olan bir insandı. Əlirza müəllim artıq İsa Muğananı itirmişik. Amma mənə elə gəlir ki, bundan sonra tapmalıyıq onu.
ƏLİRZA XƏLƏFLİ:
Çox sağ olun. Sonra yadımdan çıxa bilər. Bəri başdan deyim ki, bu artıq yeni bir ənənənin başlanğıcıdır və bu kitab müzakirələri mənə elə gəlir ki, davamlı bir ənənə olacaq. Birinci olaraq onu deyim ki, əlbəttə mənə elə gəlir , burda subyektiv fikirlər səslənəcək və birinci özüm üçün deyirəm ki, mənim deyəcəyim fikirləri subyektiv hesab edirəm. Öz rəyimdir. Burda dostlar əyləşiblər. İsa Muğannanın yaradıcılığını kifayət qədər sevən və bilən adamlar var burda, başda siz olmaqla. Məmnuniyyətlə etirazlarınızı qəbul etməyə hazıram. Mənə elə gəlir ki, İsa Muğannabu gün ədəbiyyatda Ün mahiyyətindədi.Bir növü İsa Muğanna siz dediyiniz kimi cismən yox ün mahiyyətində görünür. Yəni səs şəkilində, söz şəkilində görünür. Və İsa Muğanna ün mahiyyətində kifayyət qədər güclü bir məktəb yaratdı. Deyərdim ki,onun yaratdığı, bütün özlüyü, mənəvi mühiti hansı istiqamətdə təsir göstərə biləcək konturları, istiqamətləri onun bədii yaradıcılığında öz dolğunluğunda əslini tapdı. Təəsüf ki,bu məktəbin öz sağlığında müdavimi olmadı. Yenə deyirəm, etiraz edən ola bilər. Hər halda belə görünür.Mən İsa Muğannanın cismani olaraq həyatdan getdiyi gün bir yazı yazmışdım. Və həmin yazıda , bir fikiri vurğulamağa çalışmışdım ki, bəlkə də İsa Muğannanın yaratdığı məktəbin qapısı bu gündən sonra açılacaq. Isa Muğanna hər kəsi qane edə bilər, edə bilməz o başqa məsələdi. Və bu fikiri müəyyən qədər Akedemiyanın müxbir üzvi ,görkəmli ədəbiyyatşünas alim Nizami Cəfərovda bir qədər fərqli şəkildə belə ifadə edir ki, İsa Muğanna öz mühitini tapa bilmədi. Indi mənə elə gəlir ki, mənim dediyim fikirlə bu fikir arasında hansısa bir mənəvi bağlılıq, məntiqi bağlılıq var. Kifayət qədər bir-birinə yaxın məna və mahiyyət daşıyır. Bir məqama diqqət çəkmək istəyirəm ki, sanki mənsub olduğu xalqın özündə İsa Hüseynovda bəşəri mahiyyət nə qədər güclüdürsə, milli ruh da elə bir o qədər güclüdür. Ümumiyyətlə bəşəri ruh bütün İsa Hüseynovun elə milli ruhun içində görürdü. Təsadüfü deyil ki, insanın yaranışını Qafqazla,Azərbaycanla bağlamaq problem olan dövrdə İsa Hüseynov bunu elə “İdeal”da kifayət qədər normal səviyyədə qoydu. Və mənə elə gəlir ki, bədii həllinə də güclü şəkildə nail oldu. Amma bir məsələ var İsa Hüseynova elə gəlirdiki, o bu məsələni həll edib qurtarmayıb. Ona görədə artıq “İdeal”da qoyulan məsələdə onun digər əsərlərində davamlı şəkildə əks olunmağa başladı, yazılmağa başladı. Və dəyərlər ədəbi dövrüəyə buraxıldı. Sonra fikirimizdə müxtəlif məsələr çıxacaq ortalığa.
İLQAR FƏHMI:
Əslində elə bunun müzakirəsidir,müzakirəyə çıxardığımız əsərlərdə insanlar elə həmin qapını açıldığı və daxil olmağının nümunəsidir. Bu baxımdan mən istədim artıq elə əsərlərə müraciət edək. Ümumiyyətlə hər hansı bir əsər haqqında, hansısa bir fəlsəfə haqqında, hansısa bir ilahi-nur haqqında deyərlər ki, onun tam dərk olunmağına xeyli illər lazımdır. Bir başa yazılan əsərlər ,ondan sonra ona həsr olunan əsərlər tam əhatə eləyir. Yəni bir az kənardan baxanda daha incəliyinə qədər görsənir. Şəmil bəy siz necə fikirləşirsiniz? Bu iki əsər haqqında söhbət edirik və sizdə iki poema haqqında yazmısız. Nə dərəcə də yaxınlaşırıq İsa Hüseynovun mahiyyətinə?
ŞƏMIL SADİQ:
Ən əvvəl qeyd edim ki, tanışlığımızın bu otaqda və məhz bu mövzu ətrafında baş verməsi - ortada bir Bağ Ata, Muğanna şəxsiyyətinin olması olması məncə çox önəmlidir. Şəxsən mənim özüm son illərdə İsa müəllimlə çox yaxın münasibətdəydim, aramızda belə demək olarsa, Nəvə -ata, oğul, baba, mürid-mürşid münasibətləri formalaşmışdı.
Əvvəlcə onu deyim ki, mən Cavid araşdırıram və doktorluq işim də Cavid yaradıcılığıdır. Bir dəfə mənə belə sual verdilər ki, necə oldu, sən İsa Muğannaya yaxınlaşdın?
Dedim ki, Nəsimini, sufizmi, hürufiliyi bilməyəndə Cavidə yaxınlaşmaq olmur. Bu da yol da qeyri-ixtiyari adamı İsa Muğanna yaradıcılığının üstünə gətirib çıxardır.
Hətta bir məqam deyim, sonra əsərlərə keçim. Bu yaxınlarda "Hüseyn Cavid işığında Muğanna həqiqəti" adlı bir yazı yazmışdım. Füruzə xanım mənə zəng edib, Şəmil yəqin bunu İsa eşitsə xoşuna gəlməzdi.
Dedim niyə?
Dedi, Hamı İsa müəllimin Mirzə Cəlillə ortaq xüsusiyətlərini görməyə çalışır. Siz bunu Cavidlə necə əlaqələndirdiniz?
İsa Muğanna bizim ədəbiyyatımız üçün, dünya ədəbiyyatı üçün açılmayan bir qapıdır. Mən onun altı romanını tədqiq eləmişəm, onun "İdeal"ından sonrakı yaradıcılığı haqqında monoqrafiya da işləyirəm. Amma təəssüflə qeyd edim ki, onun sonrakı əsərlərinin əksəriyəti oxunmur. "İdeal"ı oxumaqla artıq işi bitmiş hesab edirlər. Ya da "İdeal" hər şeyi verdi, düşünürlər, ya ağır gəlir, ya qorxudur, dəqiq bilmirəm. Məqamı gəldi deyə, bildirim ki, İsa Muğannanın 2009-cu ildə yazdığı son əsəri - "Türfə" əsəri vardı. Və bir çox mətbuat orqanlarında bunun çap olunmamağıyla bağlı danışmışdı. Və sağ olsun Nizami müəllimin, İntiqam müəllimin köməyilə materelları götürüb biz kitabı çap elədik. Ustad sənətkarın ən böyük arzusu idi sağlığında bu əsəri kitab halında görmək. Amma cismani sağlıq olmasa da, Zəlimxan müəllim demişkən o bizi görür, eşidir, nəzarət edir. Və elə bilirəm ki, ruhunun sağlığından biz bu əsəri ortalığa qoyduq. Yəqin ki, inşallah bu yaxınlarda oxucuların da diqqətini cəlb etmiş olacağıq.
Müzakirə olunan əsərlərə gəldikdə, mənim ən çox tədqiq etdiyim, araşdırdığım Zəlimxan müəllimin "Ün" poemasıdır. O, bu əsəri Almaniyada müalicədə olarkən yazıb...
Bir gün mənə zəng elədi, dedi ki, mən Almaniyada olarkən İsa Muğannanın bütün əsərlərini təzədən oxudum və dözə bilmədim. Dörd divar arasında bu poemanı ortalığa qoymuş oldum.
Poema doğurdan bu günkü ədəbiyyatımızın üçün çox önəmlidir. Çünki hamı üçün bəllidir və bizim üçün 20-ci əsrin əvvəllərindən başlayaraq poema yaradıcılığı ədəbiyyatımızda zəifləməyə doğru gedir. Zəlimxan müəllim bu mərhələdə 21-ci əsrin əvvəllərində poema janrına müraciət eləməsi, xüsusən lirik-tarixi-fəlsəfi poema adlandıra biləcəyimiz bir əsəri ortaya qoyması xüsusən önəmlidir... Zəlimxan müəllimin bu mövzuya toxunması Tanrıdan gələn İlahi sözün mahiyyətinə varması deməkdir.
Poemada İsa Hüseynovun yaradıcılığının, həyatının əvvəlki dövrlərinə müraciət edilsə də, poemanın mahiyyəti əsasən Muğanna yaradıcılığının "İdeal"dan sonrakı mərhələsinə - bu mərhələdəki obrazları , simvollarıəhatə edir.
Klassik poeziyamızda nəzmlə elmi əsərlərin yazılması ənənəsi var, bu poemada da sanki, Zəlimxan müəllim nəzmlə İsa Muğanna yaradıcılığının elmi təhlilini aparır.
Misalçün, bir az savadı, bacarığı olan istənilən adam bu poemanı sadəcə nəsrə çevirərsə, bir elmi disertasiya alınar. Yəni elmi təhlili çox önəmlidir.
ƏLİRZA XƏLƏFLI:
Bu fikir heç bir ədəbiyyatşünasın etirazına səbəb olmayacaq şəkildə də dəqiqdir.
ŞƏMIL SADİQ:
Əlbəttə, axı Zəlimxan müəllim Saf-Ağ elminin mahiyyətinə toxunub. Çünki fəlsəfəni bilir, Saf-Ağ elinə bələddi, həm də hamımız bilirik ki, İsa müəllimin Zəlimxan müəllimə böyük hörməti vardı. Ruhların yaxınlığı, gizli intuisiya burada özünü yüksək səviyyədə büruzə verir. Bundan əvvəl də "İdeal" əsəri əsasında Xəlil Rza Ulutürkün bir şeiri vardı. Başqa şeirlər də olub, amma poema şəklində Zəlimxan müəllimin bu mövzuya toxunması məncə mürid-mürşid münasibətlərinin təzahürüdür.
Hamıya məlumdur ki, istənilən fəlsəfələrin, dini görüşlərin xalqa çatdırılması, təbliği üçün müəyyən vasitələrə ehtiyac var. Misalçün Məhəmməd peyğəmbərin konsepsiyasını, İmam Əli olmadan təsəvvür eləmək mümkün deyil. Çünki bu fəlsəfənin xırdalanması, izah olunması lazım idi. Yaxud Fəzlullah Nəiminin Hürufilik təlimini Nəsimi olmadan cəmiyyətə təqdim eləmək mümkün deyildi. Nəsimidən sonra da bu funksiyanı öz üzərinə haqq aşıqları götürdü, geniş kütlələrin başa düşə biləcəyi bir formada təqdim etdilər. İsa Muğannanın bədii əsərlərində yaratdığı fəlsəfi konsepsiyanın da , aşıq dilinə, xalq təfəkkürünə yaxınlaşdıra biləcək bir poemanı da Zəlimxan Yaqub yazdı. Məncə bu, çox önəmlidir.
Zəlimxan Yaqubun yaradıcılığı hamımıza bəllidir. Daha çox şifahi xalq ədəbiyyatına bağlıdır. Şifahi xalq ədəbiyyatının sufisizimsiz təsəvvür eləmək mümkün deyil. İsa Muğanna fəlsəfəsilə Zəlimxan Yaqubun fəlsəfəsi birləşərək, xalq təfəkküründən gələn bir formada xalqa təqdim olunması çox önəmlidir.
İlqar Fəhmi
Zənimcə Zəlimxan müəliimi bu poemanı yazmağa vadar edən də məhz bu istək olub - Dediyiniz həmin ağır həqiqətləri geniş oxucu təbəqəsinin, adi xalqın başa düşə biləcəyi bir üslubda və dildə təqdim etmək.
Məncə bu poema bu tipli yeni yaradılacaq əsərlər üçün nümunədir. Eyni fikirlərlə Barat Vüsalın "Kufə əhli" kitabında da rastlaşırıq. O da, İsa Muğanna həqiqətlərinin öz içindən keçirdərək, öz hiss və duyğuları işığında təqdim edib.
FƏRQANƏ MEHDIYEVA :
İsa Muğanna mənim üçün əvəzi olmayan bir məktəb idi. Mən elə gənclik illərindən onun əsərlərini, hekayələrini izləyirdim, oxuyurdum. Mənə elə gəlir ki, İsa Muğanna Nəsimi ilə məhşər əsərilə Nəsimini bir daha təzədən yaratdı.
Bəyaq dostlar maraqlı danışdılar. Zəlimxan müəllimin ön poemasını mən “Azərbaycan” jurnalında oxumuşdum. Amma bu yaxınlarda Taleh Mansur deyə bir gəncin əlində mən bu Külfi əhli kitabını gördüm. Inanın mənimlə görüşəndə bu kitabı mənə verdi ki, Fərqanə xanım bu kitabı oxumusuzmu?
Dedim, bu kitab haqqında çox eşitmişəm. Inanın evə çatınca mənə çox gözəl yol yoldaşı oldu. Barat müəllimin yaradıcılığına böyük hörmətim var. Bu kitabı başdan ayağa oxudum. Oxudum bir daha oxudum.
Barat onunla başlayır ki, günlərin bir günü İsa müəllim mənə zəng edir.
Hansısa qəzetdə silsilə şeirlərini oxumuşam. Mən istəyirəm ki, sən o şeirlərdən mənə göndərəsən, sənin balaca bir kitabını buraxaq. Və hətta sözündə belə də deyib ki, şükür mən indi rahat ölə bilərəm. Sən deyəsən daha mən deyənləri yazırsan.
Barat da yazır ki, mən onun sağlığında şeirlərimi göndərmədim və mən bu kitabla özüm rahat oldum ki, ruhuna həsr olunmuş Kulfe əhli kitabıyla rahat oldum. Mənə elə gəlir ki, bu iki əsər İsa Muğannaya qoyulmuş heykəldir. Mən onun dəfnində gəncləri gördüm, sevgilərini gördüm. Ona mömün kimi, imam kimi baxırlar. O gün bir status oxuyuram ki, Şəhanə Könül adında bir istedadlı qızımızdı. Statusunda İsa Muğannaya müraciətlə yazır:
Nolar yenə o yay olardı,
Nolar sən yenə öz həyətində
üzüm tənəhlərinin altında dincələrdin.
Və axırında da gəlir Müşfiqə bağlayır:
Ruhumu dindirəydin
Könlümü sevindirəydin.
Bax belə bir gəncliyin ona olan münasibəti gör bizi nə qədər sevindirir. Məncə İsa Muğanna hər zaman diri olub.
İLQAR FƏHMİ:
Şəmil bəy bayaq qeyd elədi nə qədər əsərləri var öz aktuallığını tapmayıb. Bunu pis hal kimi qəbul etməyin. Onun sonrakı əsərləri bizim üçün aktual deyil, ideala tam çatmamışıq.
ŞƏMİL SADIQ:
İlqar müəllim maraqlı məqam bilirsiz nədir? Çox adam idealdan sonra yorulur, ya beyin götürmür. Amma o biri əsərlər idealın açılmasına xidmət edən əsərlərdi.
SƏRVAZ HÜSEYOĞLU:
Isa Muğannanın yaradıcılığının ilk məqamlarını həmişə şərh eləyirdilər, Mehdi Hüseyn səni tənbeh etmişəm atandan çox yazmısan.
Bəli, o atasından çox yazırdı. Atasını tanıyırdı. Atasından yazırdı ki, tanıyırdı. Gəlimli-gedimli dünyanın bütün təfərratlarını bir araya gətirmək ustasıydı. Məsələn, mən həmişə düşünmüşəm ki, İsa Muğanna obrazını necə canlandırmaq olar. Bu obrazı necə görmək olar. İsa Muğanna elə bir neydi. Zəlimxan Yaqub kimi bir düşünsə adamı bir irfan əhlinin düşüncələrini məhz İsa Muğanna fonunda gündəmə gətirən əsərin çox təbii hesab edirəm. Ona görə ki, İsa Muğanna obrazı çox gözəl fon verir ki, yaradıcı insana məhz həmin fondan istifadə edərək öz düşüncələrini öz fikirlərini ifadə biləsən. Bir obraz kimi gözəl fondur. Necə ki, rəssamlar düşüncülərini kətan üzərinə köçürdürlər. Məhz İsa Hüseynov elə düşüncədən gəlir. İsa Hüseynov yaradıcılığı, şəxsiyyəti, düşüncəsi insana sərbəst düşünmə, fərqli düşünmə alnamını ortaya qoyur. Bu mənada İsa Hüseynov əbədidir. Onun əbədiliyi sərbəstliyindədir. Dünən haqq dünyasına qovuşan Vaqif Səmədoğlu təcəlli edirdi. O, sərbəstlik bu gün kitabı haqqında söhbət açdığımız Barat Vüsalda təcəlli edir. Bu sərbəst düşüncənin tərzi özü şəxsiyyət yetirir. Şəxsiyyətə maraq oyadır.İsa Hüseyinov yaradıcılığı mahiyyət ondan ibarət idi ki, ən böyük Azərbaycan insanına, türk insanına hardan gəlib hara getdiyinin yollarını məhz safağlar obrazının mahiyyəti yerini tutur. Bu yaxın günlərdə bizim qəzetimizdə Ilqar müəllimin sevinclə dərc elədiyimiz, Səfəvilər haqqında yazısında bir çox maraqlı məqamlar var.
Bu yazı ilə paralel apararaq deyim ki, Şah İsmayıl Xətainin yanında Təbriz dərvişlərinin işlərinin tarixi missiyası nə idisə, İsa Hüseynov çağdaş dünyamızda məhs həmin funksiyanı yerinə yetirir.
Bilirsiz bir xatirəmi danışım. Bir dəfə yuxuma gəlir mənə dedi ki,
dünyadan nigaran getdim. Mənim yaradıcılığımı olduğu kimi ürəyimcə şərh eləyə bilmədilər... Məhz bu tədbir, müzkirələr göstərir ki, məhz İsa Muğanna gələcəyi önləyən düşüncəsi bu günü də, bu məclisi də görürdü. Bir məqamda var ki, deyir mən bir dəfə yuxuda gördüm ustad mənə deyirdi ki, mənə pıçıltılar göndər, mən yazmaq istəyirəm. Məhz Zəlimxan Yaqub bu poemasında bu pıçıltının məntiqi davamıdır.
Bəyaq dedik Barat Vüsal elə bil ki, bunla İsa-Musa quşlarıdır. Musa quşlarının səsləşməsi aurasında irfani quşları yaşada bilər ancaq. Bu düşüncələrdən, İsa düşüncələrindən Zəlimxan düşüncəsindən, Barat düşüncəsindən kənarda artıq bunu görə bilmərik. Kiminsə yaradıcılığının, ömrünün 30 yaşında oxumuşuq o cür düşünürük. Filan şair elədir-belədir, yaradıcılığı buracandır. Oxumadığımıza görə bəzən orda qalırıq. Və yenidən onu dərk eləmək istəmirik. Necə ki, İsa Muğanna nigaran qalmışdı Mənim dövrümdə məni ürəyimcə aça bilmədilər. Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatına gətirdiyi o irfani düşüncə, irfani baxış və belə deyəki pıçıltıları tutmaq baxımdan biz yenidən qayıtmalıyıq. Bunlar bizim kökümüzə qaytarır... Bu əsərdə həm İsa Muğanna yox həm də Dadaroğlu var. Ədəbiyyatımızın yönünü, istiqamətini müəyyən etmək baxımından da bu əsərlərin mən gözəl yerini görürəm.
İBRAHİM İLYASLI:
Əvvalla onu deyim ki, “İdeal”dan sonra cəmiyyətimizdə, hətta yazıçıların arasında da İsa Hüseynova münasibət birmənalı deyildi. Ümumiyyətlə, İsa Hüseynov-Muğanna keçidi bir müddət oxucular üçün qaranlıq qaldı. Bu qaranlıqlara yenə də İsa müəllim özü müsahibələri və oxuculara səslənmələri ilə işıq saldı. Oxucular tədricən Muğannanın mətləblərindən agah olmağa başladılar. SafAğ elmi, OdAğÜz planeti kimi ifadələr millətə doğmalaşdı...
Diqqətli oxucu bilməlidi ki, İsa Muğannanın “İdeal”a qədərki əsərlərində də, hətta kiçik hekayələrində belə “İdeal”ın işartıları olub həmişə. Bir zaman ədəbiyyatımızda misli-bərabəri olmayan “Məhşər”i yazmış İsa Hüseynov nə zamansa Muğanna olacaqdı. O, artıq “Məhşər”lə qaranlıqların məhşərini qurmuşdu....
Biz indi burada iki kitaba, xalq şairi Zəlimxan Yaqubun “ÜN” poemasına və Barat Vüsalın “Kufə əhli” kitabına münasibət bildiririk. Hər iki kitabı diqqətlə oxumuşam. Müəlliflərlə bu əsərlərlə bağlı kəlmə kəsmişəm. Mənə elə gəlir, Zəlimxan Yaqubun “Ün” poeması Muğannaya qoyulmuş ideal bir abidədir. Bu mənada, “Kufə əhli”nin də öz bəlli yeri var. Hər iki kitab Muğannanı dərk etməkdə oxucunun yoluna işıq salır, onlara “İdeal”ın nüvəsinin harda yerləşdiyini göstərir. Münasibət fəhmdən gəlir. Mən elə burda da fəhmimin gücünə danışıram. Bilgilərimdən çıxış etmirəm. Muğannanın bütöv yaradıcılığını da elə bu cür izləmişəm...
Zamanında ədəbi camiəmizdə belə bir söhbət gəzirdi: “Muğanna deyir, necə olur ki, Dostoyeviski deyəndə, mən vəhylə yazıram ona hamı inanır. Mən deyəndə ki, mənə ÜN gəlir insanlarımız inanmırlar.” Bizim camaat qəribə camaatdı. Dərk etməyə çətinlik çəkdiyi hər şeyə “yox” kimi baxır. Beynini aydınladıb da bu işığın dalınca qoşmaq istəmir. Təbii ki, bunun istisna insanlara dəxli yoxdur...
Ciddi yazıçı, şair olan hər kəs bilir ki, bədii əsərin yoxdan var olması, bəzən sadəcə ilham adlandırdığımız vəhyə bağlıdır. O handa ola, daha dərin mətləblərdən xəbər verən “İdeal” ola, Muğ həqiqətləri ola.
Bu mənada, Zəlimxan Yaqubun “Ün” poemasında da, Barat Vüsalın “Külfə əhli”ndə də Muğannaya yetərincə mükəmməl bir münasibət var. Bu əsərlərin özləri də fəhmlə, vəhylə, Muğannaya sevgilərlə yaranmış əsərlərdir...
Biz bir şeyi bilməliyik ki, İsa Muğannanın, haqqında söhbət açdığı, qələmə aldığı mətləbin mahiyyəti çox böyükdür. Söhbət yaranışa münasibətdən gedir, ilkinliyə münasibətdən gedir. Burda münasibət ortaya qoymaq sonsuzluğu dərk etmək qədər ağırdır. Ağırdır, amma mümkündür. Bu mümkünü mümkün etmək üçün isə sadəcə Muğannanın özünün dediyi kimi beyin açıq olmalıdı.
DAYANDUR SEVGİN
Hamınız İsa Muğannanı özünüz kimi duyaraq danışdınız və bu məni çox sevindirdi. Çünki dediyiniz kimi İsa Muğanna haqqında min adam danışsa fərqli olacaq, heç birinin sözü heç birinin sözünə uyğun gəlməyəcək. Hərə İsa Muğannanı özü kimi tanıyır. Amma mən nəyi demək istəyirəm. Sovet dövründə belə bir söz vardı “əvəz edilməz adam yoxdur”.
Var! O, İsa Hüseynovdur ki, bayaq dediyiniz kimi onun müridi olmadı. Yəni İsa səviyəsinə catıb o qapıdan girəcək adamlar olmadı. Onun müridləri yaranmadı. Yəqin ki, onun müridləri bundan sonra yaranacaq elə Zəlimxan kimi, Barat kimi.
Sonra belə bir söz işlətsiz tasadüfi deyil. Həqiqətən təsadüfü deyil. Yəni demək istəyirəm ki, Zəlimxan poemasının oxudum və Vüsal Barat ayrı-ayrı şeirlərinidə oxudum. Mən buna bənzətmək istəyirəm ki, Zəlimxan böyük bir bağa girib böyük bağdan hər ağacdan bir neçə meyvə dərib. Amma Barat elə bir başdan bir ağacdan bir neçə meyvə dərib. Belə hesab edirəm. Gələcəkdə inanıram ki, Barat Zəlimxan kimi təkminləşdirilib böyük poemaya çevirəcək. Və o da İsa Hüseynov istər idealını istər məhşərini istər tütək səsini onların mahiyyətini açacaq. Hələ bizim bilmədiyimiz çox şeylər bizə ondan məlum olacaq. Hamımıza şəxsən mən öz adımdan təşəkkür edirəm.
İLQAR FƏHMİ :
Bayaqkı sözümün üstünə qayıdıram ki, elə insanlar var ki, onlar haqqında sözlər heç vaxt bitməyəcək. Və mənə elə gəlir ki, bu cür müzakirələr başqa məkanlarda davam edəcək. Əslində mən bu səbəblərin başında onu görürəm ki, biz indiki dövürdə yüngül sənəti, yüngül incəsənətin bir-birini necə tərifləyir. Şou yaradırlar. Qıraqdan baxan deyir ki, bunlar işləyirlər. Amma sanbalı adamlar, ağır adamlar düşüncə adamları elə bil bir az ləng tərpənirlər. Bərkə də bu təbii prosesdi. Insan ağır olanda özünə ayıb bilir ki, bunun təbliqatını edim filan. Amma bu yük bizim boynumuza düşür, ən azından öz ətrafımızda ağır adamın təbliqatını eləməkdir. Necə ki ,yüngüllər bir-birinə dayaq olurlar, ağırlarda bir-birlərinə dayaq olmalıdırlar.
Və sonda məndə sizin hər birinizə təşəkkür edirəm. Əziyyət çəkdiniz gəldiniz. Mən çox sevindim ki, bu əslində mənə yox, Yazıçılar Birliyinə yox məhz İsa Muğannaya, Zəlimxan Yaquba, Vüsal Barata hədiyyənizdir sizin. Mənə elə gəlir ki, yaxşı formada çıxacaq. Biz daha təşəkkür edirəm hər birinizə.